Zərifə Əliyevanın doğum günü ilə bağlı aksiyalar davam edir
Tarix: 26.04.2016 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda aksiya keçirilib. Aksiyada aztəminatlı ailələrdən olan 10 məktəbliyə görmə qabiliyyətini yüksək səviyyədə təmin edən eynəklər təqdim edilib.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Sona Məmmədova tədbiri giriş sözü ilə açaraq görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb.Qeyd olunub ki, dünya şöhrətli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın ömrünün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olub, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurub. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir.Naxçıvan Muxtar Respublika Xəstəxanası göz xəstəlikləri şöbəsinin həkimi Samiq Sadıqov çıxış edərək bildirib ki, Azərbaycan tibb elminin korifeylərindən olan akademik Zərifə Əliyeva qayğıkeş insan, böyük alim, əsl ziyalı kimi tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən böyük bir insan, ətrafına nur saçan ziyalı kimi tanıdığı akademik Zərifə xanım bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq meyarı olaraq qalır.Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova akademik Zərifə xanım Əliyevanın, bütövlükdə, öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunduğunu, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb, belə aksiyaların əhalinin sağlamlığının mühafizəsində rolundan bəhs edib.Aksiya çərçivəsində eynəklə təmin olunmuş uşaqların valideynləri çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aprelin 28-dək keçiriləcək aksiyalarda aztəminatlı ailələrdən olan 93 nəfər şagird və tələbəni Almaniyada istehsal olunmuş eynəklərlə təmin edəcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info