“İordaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyir”
Tarix: 26.04.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın güclü və yaxşı hazırlıq keçmiş ordusu var. Ölkə Ermənistan tərəfindən işğal edilmiş ərazilərini qaytarmaq əzmindədir. Amma Azərbaycan münaqişənin lap əvvəlindən bu günə qədər sülhpərvər siyasət, sülh yolu ilə nizamasalmaya və danışıqlar prosesinin davam etdirilməsinə sadiqlik, beynəlxalq hüquqa hörmət nümayiş etdirir. Bu sözləri tanınmış siyasətçi, İordaniya Senatı Şurasının üzvü, Ərəb-Afrika parlamentinin əhali və inkişaf üzrə forumunun baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Mərvan əl-Hmud AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində söyləyib.Cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin sonuncu provokasiyalarına toxunan senator bildirib ki, bu günə kimi öz ədalətli həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi lap əvvəldən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi səbəbindən yaranıb. O deyib: “Nə qədər ki, münaqişə əsaslı şəkildə həll olunmayıb, təbii ki, təmas xəttində Ermənistanın provokasiyaları davam edəcək, çünki Ermənistan lap əvvəldən təcavüzkar siyasət yeridir və Azərbaycana qarşı təcavüzü davam etdirir. Bu ayın əvvəlində cəbhə xəttində son provokasiyalar da bunu təsdiq edir. Hamıya məlumdur ki, Ermənistan silahlı qüvvələri ilk dəfə təcavüz etmir. Onlar daim provokasiya xarakterli addımlar atırlar. Belə hallara yol vermək olmaz”.Senator bildirib ki, İordaniya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağa yönələn sülhpərvər mövqeyini birmənalı şəkildə dəstəkləyir və bu dəstək İordaniya üçün prioritetdir. Senator deyib: “Bu məsələdə beynəlxalq birlik, ərəb və müsəlman dünyası Azərbaycana ciddi dəstək göstərir. Onun işğal edilmiş əraziləri geri qaytarmaq kimi təbii hüququnu hamı qəbul edir. İordaniya bu məsələdə Azərbaycanı tam dəstəkləyir, çünki ölkələrimizi qardaşlıq və dostluq münasibətləri bağlayır. Əlahəzrət Kral II Abdulla ilə İlham Əliyev arasında mehriban dostluq münasibətlərinin yüksək səviyyədə olması da böyük əhəmiyyət daşıyır. Liderlərimizin müasir dövrün bir çox mühüm məsələlərinə dair mövqeyi üst-üstə düşür, onlar BMT-də və digər beynəlxalq forumlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun şəkildə sülh yolu ilə həllinə dair səylərini sıx əlaqələndirirlər. Ümidvarıq ki, beynəlxalq birlik, o cümlədən BMT Qarabağ probleminin və dünyada Fələstin problemi kimi digər problemlərin həlli istiqamətində daha qətiyyətli addımlar atacaq, çünki bu münaqişələrin həll olunmaması regional və beynəlxalq sabitliyi və təhlükəsizliyi təhdid edir. Mən qəti əminəm ki, belə münaqişələrin həlli prosesinə təsir göstərməyə qadir olan yeganə beynəlxalq təşkilat BMT-dir, amma bu, dünyanın aparıcı ölkələri arasında razılıq əldə edilməsi şərti ilə mümkündür”.İordaniya siyasətçisi BMT-nin işğal edilmiş Azərbaycan ərazilərini azad etməyə çağıran dörd qətnaməsinə Ermənistanın məhəl qoymaması barədə məsələni şərh edərək deyib ki, beynəlxalq birlik, dünyanın nüfuzlu aparıcı ölkələri bu qətnamələri yerinə yetirmək üçün səy göstərməli və Ermənistana təsir etməlidirlər.Azərbaycanın ədalətli mövqeyinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən yekdilliklə dəstəklənməsindən danışan İordaniya siyasətçisi bildirib ki, İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəkləyir, onun ərazi bütövlüyünün bərpa edilməsinə və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına birmənalı şəkildə tərəfdar olduğunu nümayiş etdirir. Bu ərəb və müsəlman dünyası tərəfindən Azərbaycana siyasi dəstək verilməsində tam konsensusun olduğunu göstərir.Mərvan əl-Hmud xüsusi bildirib ki, Qarabağ regionunda işğal edilmiş bütün ərazilər, heç şübhəsiz, əzəli Azərbaycan torpaqlarıdır. Bu torpaqlar gec-tez geri qaytarılmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmalı, ədalət zəfər çalmalıdır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info