Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Tarix: 26.04.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşüb.XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.E. Məmmədyarov 2 aprel tarixindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verib, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğulayıb.Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info