“ABŞ və Avropada dini-irqi zəmində nifrət qrupları mövcuddur”
Tarix: 26.04.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi” mövzusunda panel iclas keçirilib.
Paneldə Avropa Şurasının Nifrət Nitqinə “Yox” Hərəkatının (#SpreadNoHate) koordinatoru Menno Ettema, Kaspian Benyəlxalq Yayım Şirkətinin baş direktoru Azər Xəlilov, Arakan Rohingya Birliyinin baş katibi Wakar Uddin və digərləri iştirak edib. Paneldə çıxış edən tanınmış jurnalist Susan Sachs bildirib ki, nifrət çıxışlarının konkret tərifi müəyyənləşməyib: “Nifrət nitqlərinin təyinatı müxtəlif dövlət və qeyri-dövlət aktorları tərəfindən fərqli şəkildə şərh edilə bilər. Təhlükəli nitqlərin gün keçdikcə daha təhlükəli xarakter aldığını görürük və müasir zamanda onlar radio, televiziya vasitəsilə hər birimizə çox tezliklə gəlib çata bilər”. 
O, ABŞ-da və Avropada dini və irqi zəmində nifrət qruplarının (hate groups) mövcudluğuna da diqqət çəkib: “Bu, əsasən, miqrant və qaçqınların Avropaya gəlişindən sonra daha çox müşahidə olunur”.
 Avropa Şurasının Nifrət Nitqinə “Yox” Hərəkatının (#SpreadNoHate) koordinatoru Menno Ettema isə deyib ki, internet nifrət nitqlərinə qarşı mübarizə aparılmalı əsas məkandır. Onun sözlərinə görə, internet idarəçiliyi və insanlar arasında maarifləndirmə bu baxımdan mühüm addımlar ola bilər. 
Caspian Beynəlxalq Yayım Şirkətinin direktoru Azər Xəlilov çıxışında bildirib ki, Azərbaycan hazırda torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal edilən ölkədir: “Bir milyona yaxın insan qaçqın vəziyyətinə düşüb. Məhz haqqında danışdığımız nifrət dolu çıxışlar Azərbaycan xalqına qarşı yönləndirilib. Nifrət çıxışlarının konkret tərifi olmasa da, müəyyən təzahürləri var. Bunun əsasında hər hansı nitqin nifrət çıxışı olmasını müəyyənləşdirmək olar”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info