“Ovannisyan və ətrafındakı siyasi çevrələrdə müəyyən şübhələr var”
Tarix: 28.02.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Aydın Ağayev: “Qərbin Ermənistana dözümlü münasibətinin əsasında bu ideya durur ki, onu arxalandığı geopolitik mərkəzdən yavaş-
yavaş ayıra bilsin”

Seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyətin daha da gərginləşəcəyi barədə erməni ekspertlərin verdiyi proqnozlar özünü doğruldur. “İrs” Partiyasının lideri, prezident seçkilərində 37% səs toplayaraq ikinci olduğu açıqlanan Raffi Ovannisyan seçkilərin nəticələri ilə hələ də barışmayıb.
O eyni zamanda seçkiləri tanıyanları da tənqid edir. Onun çağırışı ilə İrəvanın mərkəzində mitinqlər keçirilir. Erməni saytlarının yazdığına görə, R.Ovannisyan ümidini xalqa bağlayıb. R.Ovannisyan özü Qərbin adamıdır. Onun Qərbi belə tənqid etməsi maraq doğurur. Görünür, R.Ovannisyan, həqiqətən, əlini Qərbdən üzüb. Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, siyasi şərhçi Aydın Ağayev bizimlə söhbətində dedi ki, Ermənistanda seçkidən sonra baş verənlər iki bucaq altında qiymətləndirilməlidir: “Burada etirazlara rəhbərlik edənlərin davranışının mahiyyətini və bir də bu etirazlara qoşulanların istəklərini bilmək lazımdır. İkincilər, yəni elektorat çox ola bilsin ki, səmimidirlər.Yəni dəyişiklik istəyirlər, Sərkisyanla barışmaq istəmirlər. Bu təbiidir. Ovannisyan və ətrafındakı siyasi çevrələrdə isə müəyyən şübhələr var. Ola bilər ki, hansısa bazarlıq olsun. Bu, müəyyən mənada oyunu xatırladır. Çünki bunun etirazların təşkilatçılarına dividend gətirəcəyinə mən inanmıram. Bu seçkilərin taleyi onda həll olundu ki, seçkinin ilk saatlarında Qərb bunu qəbul etdi. Rusiyadan danışmağa dəyməz. Çünki böyük ölçüdə baş verənlər Rusiyanı tam razı salır”.
A.Ağayevin fikrincə, etirazlara rəsmi dairələrin münasibətlərində bir teatrlıq var: “Yəni etirazlara dözümlü yanaşırlar. Guya heç kimi incitmirlər ki, Qərbin gözündən düşməsinlər. Amma etirazlar getdikcə səngiyəcək. Seçkidə özünü qalib etmiş əvvəlki dövlət başçısı və onun komandası növbəti 5 ildə yenə Ermənistanda hakimiyyətdə olacaq”.
Şöbə müdiri bildirdi ki, bu seçkidə Sərkisyana dəstək olan geopolitik güclər rəqabət və çəkişməyə getmədilər: “Amma bu, o demək deyil ki, Qərbin istədikləri yoxdur. Qərbin Ermənistana dözümlü münasibətinin əsasında bu ideya durur ki, onu arxalandığı geopolitik mərkəzdən yavaş-yavaş ayıra bilsin. Amma bu xülyadır. Ermənilər bu müstəvidə oynayacaqlar. Maksimum dərəcədə Qərbdən maddi yardım və digər köməklərini alacaqlar. Amma onlar başa düşürlər ki, Ermənistanda həm hakimiyyətin duruş gətirməsi, həm də, ümumiyyətlə, Ermənistanın idarəçiliyi Rusiyadan asılıdır. Rusiya bu gün Ermənistandan əlini çəksə, bütün məsələlər həll olunacaq. Xüsusən də bizim istədiyimiz məsələlər”.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info