“The National Interest”: “Raketdən müdafiə sistemləri yeni nüvə silahlarının qarşısında acizdir”
Tarix: 26.04.2016 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


“The National Interest” Rusiya-ABŞ münasibətlərindən və bu fonda nüvə silahları məsələsinin önə çıxmasından yazıb. Yazıda bildirilir ki, son illərdə Rusiya və ABŞ arasında münasibətlər rekord səviyyədə aşağı düşüb. REGNUM agentliyi bu barədə yazır.
Qeyd edilir ki, buna görə də nüvə silahları məsələsi yenidən ön plana çıxıb: “Ən ciddi deklarasiyalarda bir neçə dəfə bildirilib ki, tərəflər bir-birilərinə nüvə zərbələri endirmək üçün hazırlıq görürlər. Məsələn, NATO baş katibi Yens Stoltenberq az öncə özünün illik məruzəsini açıqlayıb. Orada bildirilir ki, Rusiya Hərbi Hava qüvvələri 2013-cü ildə təlim uçuşu keçiriblər. Bu uçuşda İsveçə nüvə zərbəsi endirmək məşq edilib. Məruzədə qeyd edilir ki, bu tapşırığın yerinə yetirilməsi üçün yüksəksəsli və uzaqməsafəli bombardmançılar – “Ту-22М3”lər, həmçinin onları qoruyan “Су-27” qırıcıları göyə qaldırılıb. Bundan başqa, NATO üzvü olan Türkiyə Rusiya ilə müharibənin bir addımlığında dayanıb.
Belə bir situasiyada ABŞ-la Rusiyanın nüvə güclərini müqayisə etmək yerinə düşərdi.
Beləliklə, bu situasiya strateji balansa necə təsir edir? Hər iki dövlətdə nüvə qüvvələrinin inkişaf etdirilməsinin perspektivi nədir?”.


Yazıda qeyd edilir ki, gələcəkdə strateji silahların ixtisar edilməsi və məhdudlaşdırılması tədbirləri ilə bağlı müqaviləni hər iki tərəf yerinə yetirir: “Bu, 2010-cu ilin 8 aprelində Obama və Medvedev tərəfindən imzalanıb. Müqavilə hər iki tərəfə nüvə döyüşbaşlıqlarını 1550-yə endirməyi diktə edir. Qitələrarası tuşlanmış ballistik raketlərin və ağır strateji bombardmançıların sayı 700-ə qədər azaldılır. ABŞ Dövlət Departamenti tərəfindən açıqlanmış məlumata görə, tərəflər artıq bu müqavilədə qeyd edilən rəqəmlərə çatmaqdadırlar.
ABŞ 1481 nüvə döyüş başlığına malik 741 platformaya, Rusiya isə 1735 nüvə döyüş başlığına malik 521 daşıyıcıya malikdir.
Fərq böyük deyil və strateji balansa təsir etmir. Rusiyada hazırda buraxıcı qurğular nisbətən azdır. Amma bu, önəm kəsb etmir”.
Yerüstü amerikan qitələrarası ballistik raketlər geridə qaldılar. Bu barədə bildirən yazı qeyd edir ki, ABŞ silahları sırasında yerüstü növə aid təkcə bir raket var - LGM-30G “Minitmen-3”. Hər raket bir W87 döyüş başlığı daşıyır: “Bunun gücü 300 kilotona qədərdir. Bu raketlər 3 döyüş başlığı da daşıya bilər.
Son bu tipli raket 1978-ci ildə hazırlanıb. Bu o deməkdir ki, onların ən “cavan”ının 38 yaşı var. Bu raketlər dəfələrlə modernləşdirilib, onların xidmət vaxtı isə 2030-cu ildə bitəcək.
“GBSD” adlı yeni qitələrarası ballistik raket isə belə görünür ki vaxtını keçirib. Ona görə də ABŞ hərbi hava qüvvələri 62,3 milyard dollar istəyir ki, yeni raketlərin işlənməsi və hazırlanmasını təşkil etsin. 2017-ci ildə hərbi hava qüvvələri bunun üçün 113,9 milyon dollar alacaq.
Amma Ağ Ev bu bəyanatı qəbul etmir. Əslində orada çoxları bu ideyanın əleyhinədir. Bu raketin işlənməsini bir il təxirə saldılar, indi isə GBSD-nin gələcəyi 2016-cı il prezident seçkilərinin gedişindən asılıdır”.
O da qeyd edilir ki, amerikan hökuməti nüvə silahına böyük məbləğ sərf etmək niyyətindədir: 2024-cü ilə qədər 348 milyard dollar: “Bunun GBSD 26 milyard dolları qitələrarası ballistik raketlərə sərf olunacaq. Amma GBSD üçün 26 milyard dollar yetməz. Çünki ABŞ çoxdandır yeni yerüstü qitələrarası raketlər istehsal etmir.

Rusiya qitələrarası ballistik raketləri: Raket əleyhinə müdafiə sisteminə qarşı yeni texnologiyalar


Rusiya hazırda yerüstü qitələrarası ballistik raketlər üzrə geniş spektrə malikdir: “O cümlədən, mobil buraxıcı qurğular üzrə də. 2015-ci ildə Rusiyanın strateji təyinatlı raket ordusu 24 yeni “РС-24 “Yars” raket bölməsi əldə edib. Bu, mobil versiyadır.
Rusiya 2020-ci ilə qədər “Топол” raketlərini dəyişəcək və yeni raketlər düşmənin raket əleyhinə müdafiə sistemini yara biləcək.
Rusiya həm də yerüstü ağır mayeyanacaqlı qitələrarası ballistik raketlərə sahibdir. Məsələn, “Р-36М2 “Воевода” yaxşı məlumdur. Bu, 1988-ci ildən sovet və sonra da rus silahları arasında yer alır. Bu raket 750 kilotona malik 10 döyüş başlığı daşıya bilir. Bu il “РС-28 “Сармат” raketlərinin sınağı keçiriləcək. Bu raket 2020-ci ilə qədər “Воевода”ları əvəz etməlidir. Bu raketlər də raket əleyhinə müdafiə sistemini yara biləcək.
Gözlənilir ki, bu raket döyüş başlığını suborbital trayektoriyaya çıxara biləcək. Bu raketin zərbəsi, hətta, Cənub qütbündən də mümkündür. Bu isə rəqibi inteqrasiyaedici müdafiə sistemi yaratmağa vadar edir ki, bu da ABŞ üçün olduqca bahalı ola bilər.
Bu raketin döyüş başlıqları atmosferə hipersəsli tezliklə çıxır və çox uzun trayektoriya ilə hərəkət edir, bu zaman saniyədə 7-7,5 km tezliklə manevrə malikdir.
Həmçinin Rusiyada sirli “РС-26 “Рубеж” raketi var. Onun haqqında informasiya azdır, amma bu kompleks “Yars” layihəsinin sonrakı inkişaf formasıdır. Qitələrarası və orta mənzilli zərbə gücünə malik olan “Yars”dan söhbət gedir.
Bu raketin minimal buraxılıış məsafəsi 2 min km-dir. Bu isə amerikan raket əleyhinə sistemini Avropada yarıb keçməyə yetərlidir.
Qeyd edilənlər göstərir ki, ABŞ yerüstü qitələrarası ballistik raketlərə görə Rusiyadan yetərincə geridə qalır”.
O da qeyd edilir ki, ABŞ bu sahədə yenilənmə üçün investisiya yatırmağa tərəddüd etdiyi halda, Rusiya tam yeni təşəbbüslər və planlarla çıxış edir.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info