“Pakistanda, Türkiyədə və başqa ölkələrdəki terror aktları bizi ciddi narahat edir”
Tarix: 26.04.2016 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


“Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi ölkədir”. 
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində “Dini rəhbərlər və zorakı ekstremizm: önləyici tədbirlərlə bağlı çətinliklər” mövzusundakı sessiyada çıxışı zaman deyib.
A. Paşazadə bildirib ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, müsəlmanlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Azərbaycanda əsrlər boyu müxtəlif dini inancları olan insanlar sülh şəraitində yaşayıb, indi də belədir”. 
A. Paşazadə qeyd edib ki, İslam adından siyasi məqsədlər üçün istifadə edilməyə cəhdlər göstərilir: “Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir. İslamofobiyanın qarşısının alınması ilə bağlı dövlət rəhbərlərinin gördüyü işlər təqdir olunmalıdır. Ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazimizdə soyqırımlar törədib, tarixi abidələrimizi dağıdıblar. Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan bu istiqamətdə ciddi işlər apara bilərik. Bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışırıq”. 

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info