ABŞ-da Çinə casusluq edənlərin sayı artıb
Tarix: 27.04.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


ABŞ Federal Təhqiqat Bürosu:”Ölkənin milli təhlükəsizliyi üçün təhlükə törədənlərin 53 faizini çinlilər təşkil edir”

ABŞ-da bir-birinin ardınca çinli casuslar həbs edilir. “Business Insider” xəbər saytı bu günlərdə iki qutu karbon liflərini Çin hərbçilərinə çatdırmağa cəhd etməyə çalışan çinlinin həbsi barədə məlumat
yayıb.

Məlumata görə, həbs edilən şəxs bir neçə il ərzində karbon liflərini əldə etməyə cəhdlər edib və sonda buna nail olduqdan sonra həmin yükləri saxta sənədlə adi yük adı altında Çinə göndərib. Çin casuslarının başqa bir əməlinə misal kimi, 1998-ci ildən ABŞ-da yaşayan çinli qızın Amerika istehsalı olan sualtı dron komponentlərinin əldə edərək Çinin Harbin Universitetinə göndərdiyi üzə çıxıb. Çinli qızın ABŞ, Kanada və Avropadakı şirkətlərdə əldə etdiyi dəniz donor komponentlərindən çinli mühəndislər yeni sualtı vasitələr yaratmaq üçün onları tədqiq edirmişlər. Sualtı dron komponentləri barədə əldə edilən məlumatlar Çinə UPS vasitəsilə göndərilirmiş. Bu günlərdə həbs edilən çinli qızın ABŞ-a vurduğu zərər 2,5 milyon dollar dəyərləndirilir və ona 20 ilə kimi həbs veriləcəyi gözlənilir. Qeyd edək ki, Amerikada xarici vətəndaşlarla yanaşı, yerli hərbi qulluqçular arasında da casusluq fəaliyyəti ilə məşğul olanlar aşkar edilir. Buna misal olaraq ötən ilin sentyabrında bəri Çinə işləməkdə təqsirli bilinərək həbs edilən ABŞ dəniz qüvvələrinin zabiti Edvard Linin əməli böyük səs-küyə səbəb olub. ABŞ-da doğulan Lin bir müddət sonra valideynləri ilə birgə Tayvana mühacirət etsə də, ABŞ-ın dəniz qüvvələrində nümunəvi zabit kimi xidmət edib. Lakin sonralar o, «EP-3E» yeni tipli təyyarə barədə sirri Çin hökumətinə ötürməkdə şübhəli bilinərək həbs edilib. Lini ABŞ qanunlarına görə ölüm hökmü gözləyir. Amerikada daha bir səs-küyə səbəb olan casus olayı kimi “Boeing” şirkətinin meneceri Kita Qartenlauba qarşı irəli sürülən ittihamla bağlıdır. O, «Boeing C-17» nəqliyyat təyyarəsinin sirlərini satmaqda şübhəli bilinir. Qeyd edək ki, Kit Qartenlaubun həyat yoldaşı çinlidir. Onların tez-tez Çinin böyük şəhərlərindən olan Şanxay ziyarət etmələri ABŞ-ın xüsusi xidmət orqanlarında şübhələr doğurub. Evində axtarış aparılarkən Kinin «Boeing C-17» nəqliyyat təyyarəsi barədə bütün məlumatları sabit disklərə yazdığı üzə çıxıb. Hazırda onu da ən azından 10 illik həbsxana həyatı gözləyir. Xatırladaq ki, Kit Qartenlaub təyyarə haqqında əldə etdiyi məlumatları çinli iş adamı Su Binə satdığını etiraf edib. Kanadada həbs edilən çinli iş adamı da faktlar qarşısında öz günahını etiraf etmək məcburiyyətində qalıb. Xatırlatmaq yerinə düşər ki, ABŞ-ın Federal Təhqiqat Bürosunun məlumatına görə, ötən ilin yayından bəri ölkədə casusluq hadisələrinin sayı xeyli artıb. Ölkənin milli təhlükəsizliyi üçün təhlükə törədənlərin 53 faizini çinlilər təşkil edir. ABŞ Federal Təhqiqat Bürosunun ölkədə fəaliyyətdə olan 165 şirkəti arasında apardığı sorğuya görə, şirkət rəhbərlərinin yarıdan çoxu özlərini iqtisadi casusluğun qurbanı kimi təqdim ediblər. Onlar casusluğun əksəriyyətinin çinlilərlə bağlı olduğunu da etiraf etmək məcburiyyətində qalıblar. Məhz bunları nəzərə alan ABŞ-ın xüsusi xidmət orqanları ölkədə çalışan professor, mühəndis və tələbələrə qarşı xüsusi diqqət ayırmaq məcburiyyətində qalır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info