VII Qlobal Forumda İKGF-nin sərgisi keçirilib
Tarix: 27.04.2016 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə “İdeyalar Marketi” adlı tədbirdə daha öncə keçirilmiş “Photo4Tolerance” beynəlxalq layihəsinin təqdimat sərgisi açılıb. 
İKGF-dən verilən məlumatda bildirilib ki, 2014-cü ildən etibarən İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalararası Alyansının imzaladığı “Fəaliyyət Planı”na uyğun birgə əməkdaşlıq üzrə keçirilən “Photo4Tolerance” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünya dinlərin humanist ideyalarını özündə əks etdirən  1000-ə yaxın fotorəsm göndəriblər. Bu rəsmlərin ən yaxşıları ötən illərdə bir neçə dəf keçirilmiş “Photo4Tolerance” və “Photo4Tolerance+” (plyus) sərgiləri çərçivəsində mükafatlandırılmış, müsabiqə davamlı xarakter alıb. 
Bu layihənin əsas məqsədi dünyada tolerantlıq və multkulturalizm ideyalarının yayılması və təbliği olub. Bakıda keçirilən fotosərgi bir sıra yerli və xarici iştirakçıların diqqətini çəkib, nümayiş etdirilən şəkillər müzakirələrə səbəb olub.
 Qeyd edək ki, “Photo4Tolerance” layihəsi İKGF, Azərbaycan hökuməti vəBMT Sivilizasiyalar Alyansının imzaladığı “Fəaliyyət Planı”nına daxil üç beynəlxalq layihənin biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info