Ermənilər Tərtərdə daha 6 evə ziyan vurublar
Tarix: 27.04.2016 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib.
 Rayon İcra Hakimiyyətindən bildirilib ki, Yuxarı Qapanlı kəndində 1, Əskipara kəndində 3, Seydimli kəndində 1, Qazyan kəndində 1 evə mərmi düşüb. Mərminin yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində 11 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 
Bildirilib ki, erməni hərbi birləşmələrinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması yaz səpin işlərini də ləngidir. Əkin sahələri mütəmadi atəşə tutulduğundan sakinlər səpinə başlaya bilmirlər. İndiyədək onlarla hektar əkin sahəsinə saysız mərmi düşüb.
 Məlumata görə, ermənilər ötən gecə Tərtərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar. Mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakininin həyətinə düşüb. Azad Süleymanovun həyətinə düşən mərmi onun 3 baş heyvanının yaralanmasına səbəb olub. 
Tərtər rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info