Müdafiə nazirinin müavini Rusiyadadır
Tarix: 27.04.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir. 
Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın əsas mövzusu terrorçuluqla mübarizədir. Tədbirdə çıxış edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlardan danışıb. Suriyada Rusiya və ABŞ-ın effektiv əməkdaşlığının beynəlxalq terrorçuluğa qarşı mübarizədə nümunə olduğunu deyən N. Patruşev qeyd edib ki, internet vasitəsi ilə terrorçuluğun yayılmasının qarşısının alınması vacibdir. 
Rusiya müdafiə naziri Sergey Şoyqu isə çıxışında ölkəsinin beynəlxalq terrorçuluğa qarşı mübarizəsindən danışıb. O deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada ötən il sentyabrın 30-dan bu günə kimi keçirdiyi əməliyyatlar nəticəsində 500 yaşayış məntəqəsi, 10 min kvadrat kilometrdən çox ərazi azad olunub: “Suriyada terrorçuluğa güclü zərbə dəyib. Terrorçuların hərbi, texniki və maliyyə infrastrukturu məhv edilib”. 
Rusiya xarici işlər naziri Sergey Lavrov isə beynəlxalq terrorla mübarizə üçün uzun vaxt və beynəlxalq ictimaiyyətin birgə səyinin lazım olduğunu vurğulayıb. 
Konfransda Asiya-Sakit okean regionunda təhlükəsizlik, Avropada müharibə və sülh problemi, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə baxılacaq. Eyni zamanda Yaxın Şərqdə beynəlxalq təhlükəsizliyi təhdid edən ziddiyyətli, ənənəvi və yeni çağırışlar, "rəngli" inqilablara qarşı fəaliyyətdə silahlı qüvvələrin rolu, Mərkəzi Asiya regionunun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunacaq. 
Qeyd edək ki, V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan da daxil olmaqla 82 ölkədən nümayəndə heyəti iştirak edir. Azərbaycanı konfransda müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edir. 


Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info