“Ermənistanda yoxsulluğa görə əhali 4 milyondan 2 milyona qədər azalıb”
Tarix: 27.04.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ məsələsi göstərir ki, BMT reallıqlarla işləyə bilmir. Daha ədalətli beynəlxalq sistem qurulmalıdır”. Bunu bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasında Azərbaycan ərazilərinin işğalına, Dağlıq Qarabağ probleminin həllinə, azərbaycanlı qadın və uşaqların əsirlikdə saxlanılmasına, Ermənistanın son günlər danışıqlardan imtina etməsinə dünya birliyinin nə üçün reaksiya verməməsi ilə bağlı sualı cavablandırarkən “Jordan Times” jurnalının baş redaktoru Samir Barhoum söyləyib. 
S. Barhoum münaqişələrin həlli məsələlərində İŞİD kimi terror qruplaşmalarla deyil, dövlətlərlə dialoq aparılmasının tərəfdarı olduğunu söyləyib.
Sülh və Mühafizə üzrə Brazzavil Fondunun sədri Jan-Yves Olliver isə münaqişə tərəflərinin başqa dövlətləri, beynəlxalq təşkilatları  öz tərəflərinə çəkməyə çalışdığını, münaqişənin digər tərəfini pisləməyə nail olmaq istədiyini bildirib: “Ancaq biz deyə bilmərik ki, bir tərəf tam haqlı, digər tərəf isə tam haqsızdır. Hər iki tərəfin haqlı və haqsız məqamları ola bilər. Biz qəbul etməliyik ki, qarşı tərəf bizim kimi düşünmür”. 
Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış bildirib ki, münaqişələrin həlli üçün yeganə qurum BMT-dir: “Ancaq Ermənistan kimi dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Amma digər hallarda və regionlarda BMT-nin reaksiyası çox cəld ola bilər, hətta bəzən hərəkətə keçdikdən sonra da qərarın qəbul edilə bilər. BMT-də islahatlar aparılmalıdır. Beş dövlətin sövdələşməsi fərqli durum, müxtəlif qrup dövlətlərdə mənfi hisslər yaradıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin fikri tam riyakarlıqdır. Azərbaycan inkişaf edən firavan bir ölkədir, azərbaycanlıların həyat şəraiti getdikcə yaxşılaşır. 30 il əvvəl ilə müqayisədə Bakı inkişaf etmiş Avropa şəhəridir. Ancaq Ermənistan münaqişədən əziyyət çəkir, əhalisi 4 milyondan 2 milyona qədər azalıb. Çünki bu ölkədə yoxsulluqdur. Bu səbəbdən Ermənistana Azərbaycanla münaqişədə sülh əldə edilməsi lazımdır. Ermənistanın milli maraqları diaspor tərəfindən tapdanır. Diaspor üzvləri Avropada, ABŞ-da firavan həyat yaşayır. Erməni baxçalarının birində şer öyrədirlər, deyirlər ki, it olaram, türk olmaram. Bu, nifrətin təbliğidir”.
Şimali İrlandiya Milli Assambleyasının keçmiş spikeri Lord Alderdice isəBMT-nin pula, orduya, polis qüvvələrinə malik olmadığını qeyd edib: “BMTsadəcə masadır. Dövlətlər oturub qərar qəbul edirlər. Beynəlxalq hüquq yox, sadəcə, müəyən qaydalar var. Ümid edirik ki, insanlar bu qaydaları tətbiq edəcəklər. Başa düşməliyik ki, hüquq bizi bir araya gətirmir. Bütün müqəddəs kitablarda ölümə qarşı çıxılır, ona görə də biz ədalətli münasibətlər qurmalıyıq”. 
Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isəBMT-ni tənqid edib.  
“BMT heç nəyə yaramırsa, niyə saxlayırıq?” deyən N.  Məmmədovun fikrincə, kimin pulu varsa, BMT vasitəsilə nə istəyir, edəcək: “Əslində, edirlər də. SSRİ dağılıb, yerində Qərb üçün nə qalıb?! Azərbaycan 25 il ərzində Qərblə sədaqətlə əməkdaşlıq edib və edir, Asiya dövlətləri isə 5-6 il əməkdaşlıqdan sonra kənara çəkildi. Biz bir-birimizə etimad, inamın olmasını istəyirik”.


Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info