Qırx erməni qulduru cəzalandırılmalıdır
Tarix: 28.02.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Ramin Həkimov: “Bu vəhşilik gənclər və tələbələr tərəfindən
bütün dünyaya sosial şəbəkələr və media vasitəsilə yayılmalıdır”


Şahin İsmayılov: “Hadisəni Fransanın söz azadlığı, insan
hüquqları sahəsinə çox böyük zərbə kimi qiymətləndirirəm”


Xəbər verildiyi kimi, iki azərbaycanlı tələbənin Xocalı soyqırımı günü Fransa parlamentinin binasında 40 erməni barbarı tərəfindən vəhşicəsinə döyülməsi və təhqir edilməsi xəbəri Azərbaycan cəmiyyətinin kəskin etirazına səbəb olub. İctimaiyyət və gənclər təşkilatlarının nümayəndələri də buna kəskin etirazlarını bildirməkdədirlər. Bu məsələdə Fransa kimi Avropa dövlətinin deputatlarının olayla bağlı biganəliyi və hətta bəzi fransız deputatların ermənilərin tərəfində çıxış etməsi də ciddi qınağa tuş gəlib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bizə müsahibəsində sözügedən məsələ ilə bağlı belə qeyd etdi: “Bu məsələ ilə bağlı onu deyə bilərəm ki, insan hüquqları, demokratiya, söz azadlığı, dözümlülük məsələləri baxımdan bu məsələ Fransadakı bəzi dairələr üçün çox böyük rəzalətdir. Bu ölkənin deputatlarının gözü qarşısında, parlamentin binasında belə bir hadisənin baş verməsi və oradakı deputatların bu hadisəyə müdaxilə etmək əvəzinə, erməniləri hücuma daha da qızışdırması rəzalətdən xəbər verir. Bizim Fransa dövlətləri ilə münasibətlərimiz çox yaxşıdır. Orada çoxlu sayda tələbələrimiz təhsil alır. Eyni zamanda fransız dili bizim ali və orta məktəblərimizdə yüksək səviyyədə tədris olunur. Buna baxmayaraq, bizim Fransa ilə olan yüksək münasibətlərimiz fonunda belə hadisələrin baş verməsi Fransa üçün çox pis haldır. Ona görə də biz bildirmək istəyirik ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan tələbələri ilə həmrəydir. Biz belə hadisələrin olmasını qətiyyətlə pisləyirik və buna öz kəskin etirazımızı bildiririk. Bu hadisəni Fransa dövlətinin demokratiya, söz azadlığı, insan hüquqları sahəsinə çox böyük zərbə kimi qiymətləndirirəm. Belə hadisələrin gələcəkdə təkrarlanmamasını, eyni zamanda orada təhsil alan əcnəbi tələbələrin, o cümlədən azərbaycanlı tələbələrin həm təhlükəsizliyinin, həm də digər hüquqlarının qorunmasını, təmin edilməsini Fransadan tələb edirik”.
Fransada 40-dan artıq erməninin iki tələbəmizə qarşı bu cür barbarca davranışına münasibət bildirən Ş.İsmayılov dedi ki, buna təəccüblənmək lazım deyil: “Bu, onlardan gözlənilən hərəkət idi. Onlar əsrin əvvəllərində də, sonlarında da bu cür olublar. Yenə də öz xislətlərinə yaraşan, normal sözlərlə ifadə edilməsi çətin olan əməllərini davam etdirirlər. Onlar özlərinin çoxluğundan yararlanaraq iki nəfər gəncə qarşı zorakılıq ediblər, tələbələrimizi döyərək təhqir ediblər. Bu, onların genində olan bir xüsusiyyətdir. Bu xüsusiyyətlərini də onlar hər yerdə büruzə verirlər”.
Sözügedən olay həm də ermənilərin Avropada,Fransa cəmiyyətinni gözü qabağında barbar və kriminallığa, qeyri-insaniliyə meyilli olmasını da ortaya qoymuş oldu. Bu barədə fikirlərini bildirən ATGTİ sədri qeyd etdi ki, ümumiyyətlə, bəşərilik və Ermənistan sözlərini yanaşı işlətmək mümkün deyil: “Çox ümid edirəm ki, KİV-in, vətəndaş cəmiyyəti strukturlarının və diplomatik nümayəndəliklərin bu məsələ ilə bağlı fəaliyyətlərinin bir nəticəsi olacaq və Fransadakı bu əməllərinə görə həmin ermənilər müvafiq qaydada cəzalandırılacaqlar. Əks halda, Fransa qeyri-hüquqi dövlət olduğunu ortaya qoymuş olacaq. Mən inanmaq istəyirəm ki, ermənilər tərəfindən tez-tez törədilən bu cür qeyri-insani və kriminal əməllər dünyanın, ələlxüsus Avropanın, ABŞ-ın gözünü tam açmış olacaq”.
Məsələ ilə bağlı qəzetimizə fikirlərini bildirən, xaricdə təhsil alan Azərbaycan gənclərini birləşdirən ASAİF-in sədri Ramin Həkimov isə belə qeyd etdi: “Fransada iki tələbəmizin vəhşicəsinə döyülməsi xəbərini oxuyan kimi fransızlar və ermənilər haqqında düşündüklərim bir daha məni fikirlərimdə qəti olmağa səslədi. Həmyerlilərimiz Fransada həqiqəti söyləyərək cəsarətli addım atıblar. Dövlətdə ən ali məsələlərin müzakirə olunduğu bir yerdə, xüsusilə ermənilərin hakimlik etdiyi bir seminarda iki həmyerlimizin bundan xəbər tutub iştirak üçün müraciət etməsi və ora getməsi, Azərbaycanın mövqeyini səsləndirməsi, bunlardan birinin xanım olması, bizim nə qədər mərd və cəsur xalq olduğumuzu sübut edir. Qırx erməninin bu iki azərbaycanlı üzərinə düşərək özlərinə yaraşan şəkildə davranmaları, vəhşilikləri və bütün bunların fransız millət vəkili tərəfindən təşviq olunması bir daha ermənilərin nə qədər qorxaq və bu insanların yaxın tarixdə etdiklərinin bağışlanmamasının gərəkliyini göstərir. Bu, eyni zamanda həmin fransız deputat kimi adamlarla bağlı da çox söz deyir. Valideynlərimiz, xüsusilə də daha yetkin insanlarımızın daim əsgərlik xatirələri ilə bağlı dedikləri bir şeylər var. Deyirdilər ki, ermənilər sovetlər zamanı 1 erməni, 1 azərbaycanlı olduğu zaman, sağa-sola baxaraq qorxusundan üzünə baxıb yanından keçə bilməzdi. Beş erməni 1 azərbaycanlı olduğu zaman, yanından keçər, lakin yenə də qorxaraq bir şey edə bilməzdilər. Lakin 10 erməni 1 azərbaycanlı olduğu zaman onlar ancaq özlərində güc tapıb tək azərbaycanlı ilə güclərini sınaya bilirdilər”.
Onun sözlərinə görə, Fransada baş vermiş hadisə də bu təəssüratların necə düzgün olduğunu göstərdi: “Ona görə də bu vəhşiliyin, erməni aqressivliyinin bütün dünyada, sosial şəbəkələr və xəbər agentliklərində, xüsusilə xaricdə təhsil alan tələbələrimiz tərəfindən yayılması məqsədəuyğundur”.
R.Həkimov gənc dostlarını, xaricdə təhsil alan azərbaycanlı tələbələri və diasporu, ASAİF üzvlərini bu yöndə aktiv olmağa səslədi.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info