“Ermənistanın təxribatçı əməlləri Minsk Qrupunun diplomatik səylərinə zərbə vurur”
Tarix: 27.04.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ərəfəsində və forumun keçirildiyi dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqeləri və ərazidə sıx yaşayan mülki insanlar və obyektləri ağır atəş vasitələri, o cümlədən D-30 haubitsaları və beynəlxalq konvensiyalarla qadağan olunmuş silah növləri ilə atəşə tutmaqda davam edib. Ermənistanın bu əməlləri nəticəsində xüsusilə Tər-Tər rayonunda özəl və dövlət mülkiyyətinə ciddi ziyan dəyib.Bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.XİN rəsmisi deyib: "Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Ki Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb. Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatlar verilib".H.Hacıyev deyib: "Xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ünvanlanmış məktublarda və BMT və ATƏT yanında Nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin 5 aprel tarixində Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərərgah rəisləri arasında əldə olunmuş atəşkəsin pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduğu qeyd edilib".XİN rəsmisi əlavə edib ki, məktubda nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edərək, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququnun norma və prinsiplərini, həmçinin 5 aprel tarixində əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, sözügedən atəşkəs ilə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyi və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info