“Bakı forumu çox uğurlu olub və öz məqsədinə çatıb”
Tarix: 27.04.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


“BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ciddi maraq və diqqətə səbəb olub”. 
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirilən mətbuat konfransında deyib. O bildirib ki, foruma 120 ölkəni təmsil edən 805 rəsmi nümayəndə qatılıb: “Üç gün ərzində 41 tədbir təşkil olunub, 250-dən çox natiq çıxış edib. Mətbuat nümayəndələrinə təşəkkür edirəm. Tədbirin işıqlandırılmasına böyük diqqət ayırdınız. 120 mətbu orqan qeydiyyatdan keçib. Bu ana qədər internet saytlarında forumla bağlı 3542 xəbər yerləşdirilib. Televiziyalarda 130-a yaxın material hazırlanıb”. 
Ə. Qarayev qeyd edib ki, münaqişələrin həlli üçün BMT yaxşı platformadır: “BMT bunlarla bağlı qərar və qətnamələr qəbul edir. Bəzi qətnamələr dərhal icra olunur, bəziləri isə arxa plana atılır. Bakı Bəyannaməsində göstərilən qarşılıqlı anlaşma, dialoq, dostluq kimi dəyərlər geniş yayılsa və qəbul olunsa, o zaman evlərini itirən, işğaldan əziyyət çəkən insanların dərdlərinə son qoyulacaq. Çalışmalıyıq ki, münaqişələr gələcək nəsillərə qalmasın”. 
Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl Naser isə bəyan edib ki, forum çox uğurlu olub və öz məqsədinə çatıb. O, tədbirin bağlanış mərasimində Məşvərət Şurasının yaradılmasını elan edəcəyini açıqlayıb. Əl Naserin sözlərinə görə, şurada dini, siyasi dairələrin nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, elm xadimləri iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info