Tələbələrə tullantı poliqonlarının işi öyrədilir
Tarix: 27.04.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Memarlıq və İnşaat Universitetində tullantı idarəçiliyi ilə bağlı üçüncü mühazirə keçirilib. “Təmiz Şəhər” ASC-nin nümayəndəsi bərk məişət tullantıları poliqonlarında işin təşkilinə dair təqdimatla çıxış edib. ASC-nin mətbuat xidmətindən bildirilib ki, tələbələrə Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunun nümunəsində dünyadakı bu tip poliqonların iş prinsipləri barədə məlumat verilib. Gənclər şəhərdən toplanmış və təkrar emala yararsız olan məişət tullantılarının poliqonlarda basdırılaraq zərərsizləşdirildiyini öyrəniblər. Həmçinin Balaxanı poliqonunda son illərdə aparılan yenidənqurma işləri haqqında danışan ASC əməkdaşı buranın artıq Avropa standartlarına tam uyğunlaşdırılmış bir sanitar poliqon kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, Bakıdan yığılmış tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün burada qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Hücrələrdəki tullantı suyunun drenaj vasitəsilə toplanılaraq təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilməsi nəzərdə tutulub. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üstünə münbit torpaq qatı səpiləcək. Bununla da, poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaradacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır. Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin bioqaz ərazidə quraşdırılacaq stansiyada emal edildikdən sonra ondan alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.
Mühazirə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olub. Onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info