Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib
Tarix: 27.04.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qəbulda Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab sakinləri iştirak edib. 
40-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub. 
Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.   
İdman sahəsində edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub. 
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18.07.2019
YAP Pirallahı rayon təşkilatı hesabat verdi
18.07.2019
DMX tərəfindən I yarımildə görülən işlərlə bağlı mətbuat konfransı keçirilib
18.07.2019
“From Kurils with love”: “Kaspersky Lab” ekoloq və sənədli film çəkənlərin Kuril adalarına ekspedisiyasını dəstəkləyir
18.07.2019
“Xonça”nın brend-şefləri Dünya İslam Kulinariya Konqresində Jüri qismində iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info