«Mən fəxr edirəm ki, Azərbaycanlıyam» mövzusunda tədbir keçirilib
Tarix: 27.04.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Səbail rayonunun bütün idarə, təşkilat və müəssisələrində, elm və təhsil ocaqlarında dahi şəxsiyyətin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri 189-190 saylı orta məktəbində Səbail Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, rayonun pedaqoji işçilərinin, ictimaiyyət nümayəndələrinin və məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbir olub.
Tədbiri açıq elan edən 189-190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva qonaqları salamlayıb, tədbirin əhəmiyyəti barədə danışıb. Məktəb şagirdləri geniş ədəbi-bədii kompozisiya ilə qonaqlar qarşısında çıxış ediblər.
Məktəblilər qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı öz çoxillik tariximizdə bəlkə də ən layiqli illəri məhz bu gün yaşayır. Bu ilk növbədə dahi insan Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasətin nəticəsidir.
Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çox sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə həkk olunub.
Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olub. Eldar Əzizov vurğulamışdır ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb, şagirdlərə vətənimiz üçün layiqli, vətənpərvər vətəndaş olmalarını arzulayıb.

Nigar






 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info