Naxçıvanda ekoloji layihə həyata keçirilir
Tarix: 27.04.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, fauna və flora müxtəlifliyi ölkəmizdə, ümumilikdə isə Qafqaz ekoregionunda xüsusi yerə malikdir.
Bu fikirləri muxtar respublikada fəaliyyət göstərən “Təmiz Dünya” İctimai Birliyinin reallaşdırdığı “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən seminarda birliyin sədri, kimya üzrə fəlsəfə doktoru, beynəlxalq təlimçi Fizzə Məmmədova səsləndirib.
Fizzə Məmmədova bildirib ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda ekoloji zənginliyin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ötən əsrin sonlarında mövcud ictimai-siyasi vəziyyət ekologiyaya da təsirsiz ötüşməmiş, nəticədə ölkəmizin digər regionları kimi, muxtar respublikada da təbiətə böyük ziyan vurulmuş, ətraf mühitin mühafizəsi diqqətdən kənarda qalmışdı. Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ekoloji fəlakətlərin də qarşısını aldı. Naxçıvan ekoregionunda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekologiyanın mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublika ərazisində yaşıllıq zolaqlarının artmasına, biomüxtəlifliyin təmin olunmasına şərait yaratdı.
“Təmiz Dünya” İctimai Birliyinin sədri deyib ki, son illərdə qədim diyarımızda ətraf mühitin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülüb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması prioritet vəzifəyə çevrilib. Nəticədə yurdumuz yaşıllıqlar məskəninə çevirib. Bu, eyni zamanda muxtar respublikanın hər bir guşəsində keçirilən iməciliklər nəticəsində mümkün olub. İməciliklər yolu ilə təkcə ötən ildə 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb. Cari ildə də bu işlər davam etdirilir. Bu il 120 hektar sahədə yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması nəzərdə tutulub. Görülən işlər nəticəsində hazırda muxtar respublikadakı meşələrin ümumi sahəsi 150 min hektara çatıb.
Qeyd olunub ki, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında son illər həyata keçirilən tədbirlər nəticəsində suvarma suyu və içməli su təminatı da xeyli yaxşılaşdırılıb. Bunun sayəsində əkin sahələri artırılıb, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəldilib. Təsərrüfat suyu ilə təchizatda muxtar respublikada yerləşən su anbarlarının da böyük rolu var. 2009-cu ildən Naxçıvan şəhərində və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması bu sahədəki problemlərin həllinə imkan yaradıb. 2014-cü il aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi muxtar respublikanın paytaxtında yaşayan əhalinin keyfiyyətli su ilə təminatında mühüm rol oynayıb. Bu, bir daha göstərir ki, Naxçıvanda həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Çünki hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı, ekoloji tarazlığın qorunması ön planda saxlanılır.
Vurğulanıb ki, əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpası, tullantıların toplanması və zərərsizləşdirilməsi, təbii resurslardan əhalinin rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunmasıdır. Muxtar respublikamızda ekoloji tarazlığın qorunub saxlanılması üçün mühüm addımların atılmasına baxmayaraq, hələ də ətraf mühitə biganə yanaşanlara rast gəlinir. Unutmaq olmaz ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi halları baş verir. Buna görə də ətraf mühitin qorunması hər birimizin vətəndaşlıq borcudur.
“Muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib”, - deyən Fizzə Məmmədova bildirib ki, “Təmiz Dünya” İctimai Birliyi də bir qeyri-hökumət təşkilatı kimi bu sahədə görülən işlərə öz töhfəsini verməyə çalışır. Bu baxımdan birliyin həyata keçirdiyi “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsinin məqsədi ekoloji bilik və təcrübə əsasında gənclər arasında seminarlar təşkil etməklə onların diqqətini bu məsələlərə yönəltməkdir. “Təmiz Dünya” İctimai Birliyi əvvəllər həyata keçirdiyi layihələrin təcrübəsindən istifadə edərək gənclərin şəhərimizin səliqə-sahmanında, yaşıllıqların artırılmasında, onların yaşadıqları və təhsil aldıqları ərazilərin təmizliyində və mühafizəsində iştirakını artırmağa səy göstərəcək.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, fauna və flora müxtəlifliyi ölkəmizdə, ümumilikdə isə Qafqaz ekoregionunda xüsusi yerə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri muxtar respublikada fəaliyyət göstərən “Təmiz Dünya” İctimai Birliyinin reallaşdırdığı “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən seminarda birliyin sədri, kimya üzrə fəlsəfə doktoru, beynəlxalq təlimçi Fizzə Məmmədova səsləndirib.
Fizzə Məmmədova bildirib ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda ekoloji zənginliyin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ötən əsrin sonlarında mövcud ictimai-siyasi vəziyyət ekologiyaya da təsirsiz ötüşməmiş, nəticədə ölkəmizin digər regionları kimi, muxtar respublikada da təbiətə böyük ziyan vurulmuş, ətraf mühitin mühafizəsi diqqətdən kənarda qalmışdı. Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ekoloji fəlakətlərin də qarşısını aldı. Naxçıvan ekoregionunda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekologiyanın mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublika ərazisində yaşıllıq zolaqlarının artmasına, biomüxtəlifliyin təmin olunmasına şərait yaratdı.
“Təmiz Dünya” İctimai Birliyinin sədri deyib ki, son illərdə qədim diyarımızda ətraf mühitin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülüb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması prioritet vəzifəyə çevrilib. Nəticədə yurdumuz yaşıllıqlar məskəninə çevirib. Bu, eyni zamanda muxtar respublikanın hər bir guşəsində keçirilən iməciliklər nəticəsində mümkün olub. İməciliklər yolu ilə təkcə ötən ildə 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb. Cari ildə də bu işlər davam etdirilir. Bu il 120 hektar sahədə yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması nəzərdə tutulub. Görülən işlər nəticəsində hazırda muxtar respublikadakı meşələrin ümumi sahəsi 150 min hektara çatıb.
Qeyd olunub ki, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında son illər həyata keçirilən tədbirlər nəticəsində suvarma suyu və içməli su təminatı da xeyli yaxşılaşdırılıb. Bunun sayəsində əkin sahələri artırılıb, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəldilib. Təsərrüfat suyu ilə təchizatda muxtar respublikada yerləşən su anbarlarının da böyük rolu var. 2009-cu ildən Naxçıvan şəhərində və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması bu sahədəki problemlərin həllinə imkan yaradıb. 2014-cü il aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi muxtar respublikanın paytaxtında yaşayan əhalinin keyfiyyətli su ilə təminatında mühüm rol oynayıb. Bu, bir daha göstərir ki, Naxçıvanda həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Çünki hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı, ekoloji tarazlığın qorunması ön planda saxlanılır.
Vurğulanıb ki, əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpası, tullantıların toplanması və zərərsizləşdirilməsi, təbii resurslardan əhalinin rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunmasıdır. Muxtar respublikamızda ekoloji tarazlığın qorunub saxlanılması üçün mühüm addımların atılmasına baxmayaraq, hələ də ətraf mühitə biganə yanaşanlara rast gəlinir. Unutmaq olmaz ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi halları baş verir. Buna görə də ətraf mühitin qorunması hər birimizin vətəndaşlıq borcudur.
“Muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib”, - deyən Fizzə Məmmədova bildirib ki, “Təmiz Dünya” İctimai Birliyi də bir qeyri-hökumət təşkilatı kimi bu sahədə görülən işlərə öz töhfəsini verməyə çalışır. Bu baxımdan birliyin həyata keçirdiyi “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsinin məqsədi ekoloji bilik və təcrübə əsasında gənclər arasında seminarlar təşkil etməklə onların diqqətini bu məsələlərə yönəltməkdir. “Təmiz Dünya” İctimai Birliyi əvvəllər həyata keçirdiyi layihələrin təcrübəsindən istifadə edərək gənclərin şəhərimizin səliqə-sahmanında, yaşıllıqların artırılmasında, onların yaşadıqları və təhsil aldıqları ərazilərin təmizliyində və mühafizəsində iştirakını artırmağa səy göstərəcək.
“Təmiz Dünya” İctimai Birliyi üzvləri Cavadxan Qasımov, Aliyə Rzayeva, Mahnur Cəfərli və Turac Süleymanova çıxış edərək bildiriblər ki, muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib. Yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri, fauna və floramızın qorunmasının və zənginləşdirilməsinin təmin olunması üçün maarifləndirici tədbirlərin aparılması davamlı xarakter alıb. Aidiyyəti qurumların və əhalinin bu tədbirlərdə fəallığı muxtar respublikada sağlam ekoloji mühitin yaradılmasında stimul olub. “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsinin məqsədi də muxtar respublikada uğurla həyata keçirilən ekoloji tədbirlərə töhfə vermək, gənclərin diqqətini bu məsələlərə yönəltmək, onların maariflənməsi prosesində iştirak etməkdir.
Sonra Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə “Şəhəri təmizləyək” şüarı altında iməcilik aksiyası keçirilib. Aksiyanın əsas məqsədi şəhərin təmizliyinin qorunması, əhali arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə ictimai dəstək və gəncləri bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir.
Aksiya çərçivəsində Naxçıvan şəhərinin mərkəzi yolları, parkları məişət tullantılarından təmizlənib, gənclər fərdi qaydada əhali arasında maarifləndirmə işləri aparıblar.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info