DYPİ-nin əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüş keçiriblər
Tarix: 27.04.2016 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


“Piyada keçidi – Təhlükəsizlik əməliyyatı” layihəsi çərçivəsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları ilə Qafqaz Universitetinin tələbələri və müəllim heyəti ilə işgüzar görüş keçirilib.
Görüşdə yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə dair təbliğat işlərində müasir inovasiyaların, yol qəza hadisələrinə səbəb olan ehtiyatsızlığın aradan qaldırılması yolları müzakirə olunub.
Universitetin rektoru, professor Ahmet Saniç rəhbərlik etdiyi təhsil müəssisəsinin mövcud imkanları barədə məlumat verib, ictimai təhlükəsizliyin təmin olunmasında yol polisinin peşəkarlığına toxunaraq vurğulayıb ki, ictimai asayişin dayanıqlı olmasında polisin fəaliyyəti cəmiyyətdə rəğbətlə qarşılanır. İnsanların həyat və sağlamlığını, hüquq və azadlıqlarını, qanuni mənafelərini qoruyan polisin Qafqaz Universiteti ilə birgə maarifləndirmə layihələrinə dəstəyinin əhəmiyyətini qeyd edən rektor gələcəkdə bu istiqamətdə ardıcıl tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bölmə rəisi diqqətə çatdırıb ki, yol polisi müasir dövrün çağırış və təhdidləri ilə bağlı sistemli və ardıcıl şəkildə maarifləndirmə və təbliğat işlərinin genişlənməsinə həssas yanaşır.
Qarşılıqlı maraq doğuran müzakirələrdə xüsusi olaraq vurğulanıb ki, polisin şəffaf fəaliyyəti cəmiyyət üçün o qədər həssas mahiyyət daşıyır ki, ölkəmizin beynəlxalq imicinin formalaşmasına olduqca müsbət təsir göstərir. Görkəmli elm xadimlərinin iştirak etdiyi görüşdə diqqətə çatdırılıb ki, qeyd-şərtsiz olaraq, yüksək vətəndaşlıq keyfiyyətlərinin daşıyıcısı olan insan ictimai təhlükəsizilyin təmin olunması missiyasına tək polisin vəzifəsi kimi yox, həm də öz məsuliyyəti kimi yanaşmalıdır.
Sonra tədbir iştirakçıları ən müasir avadanlıqla təchiz edilən elmi laboratoriyalar kompleksi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info