“Dövlət həbsdə saxlananların hüquqları ilə bağlı qanun qəbulunda ciddi iradə nümayiş etdirir”
Tarix: 28.02.2013 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Dünən Bakıda “Tutulma və həbsə dair beynəlxalq standartlar, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi və pis rəftara qarşı mübarizə” mövzusunda təlimçilər üçün təlim başlayıb.
Bu barədə Azərbaycan Hüquqşünasları Konfederasiyasından qəzetimizə bildirilib. Təlim ATƏT-in Bakı ofisi və Avropa Şurasının təşkilatçılığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlıq çərçivəsində Ədliyyə, Daxili İşlər nazirlikləri, Respublika Baş Prokurorluğu və Ombudsman Aparatının dəstəyi ilə keçirilir. Təlimin açılışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyası idarə heyətinin sədri Əli Hüseynli çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı milli ekspert qrupu yaradılacaq. Milli ekspert qrupu qanunu tətbiq edəcək orqanların əməkdaşlarından ibarət olacaq. Əli Hüseynli qeyd edib ki, Azərbaycan dövləti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun qəbulu və tətbiqi ilə bağlı ciddi iradə nümayiş etdirir.
ATƏT-in Bakı ofisinin rəhbərinin müavini xanım Monika Martinez isə təmsil olunduğu qurumun “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun həm hazırlanmasına, həm də onun icrasına kömək etməyə çalışdığını bildirib. “Eyni zamanda, qeyd etməliyəm ki, ATƏT-in Bakı ofisi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları üçün də təlimlər keçirik. Biz bu təlimləri gələcəkdə də davam etdirəcəyik” - deyə xanım Monika Martinez əlavə edib.
Avropa Şurasının Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Teymur Məlikaslanov çıxışında təlimin vacibliyini vurğulayıb. AHK idarə heyətinin üzvü, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə təlimçilər üçün təlimin əhəmiyyətindən danışıb.
Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin Təlim Mərkəzinin, Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Ağır Cinayətlərə dair İstintaq İdarəsinin, Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Ombudsman Aparatının və “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin əməkdaşlarının iştirak etdikləri təlimin iş sessiyaları başlayıb. İş sessiyalarının ekspertləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Avropa Şurasının məsləhətçisi Vitali Kasko, ATƏT-in eksperti Trevor Service olublar.
Müzakirələrlə davam edən təlim bu gün başa çatacaq.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info