İslam Həmrəyliyi Oyunlarında hansı idman növləri olacaq?
Tarix: 28.04.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Feysəl Əl Nassel: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm şəhər İslam Oyunlarına ev sahibliyi edəcək”
Gələn il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində mətbuat konfransı keçirilib. 57 ölkədən 5000 atletin iştirakı gözlənilən yarışda vacib olan idman növlərinin siyahısı açıqlanıb.
Belə ki, kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub. Lakin ev sahibi həmin regionda sevilən idman növünü proqrama daxil etmək hüququna malikdir. Sonuncu yarışı keçirən İndoneziya badmintona üstünlük vermişdi. Azərbaycanın isə seçimini uşunun üzərində dayandıracağı gözlənilir. İslam Həmrəyliyi İdman federasiyalarının baş katibi Feysəl Əl Nassel Bakının belə bir yarışı üzərinə götürmələrinə şad olduqlarını açıqlayıb: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm bir şəhər IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Çoxsaylı böyük beynəlxalq turnirlərin təşkilində zəngin təcrübəyə malik şəhərin gələn il bu yarışı keçirəcəyini səbirsizliklə gözləyirik”.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb
17.03.2019
ABŞ təmsilçisi idman gimnastikası üzrə Dünya Kubokunda qalib olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info