“Bloomberg”: “Neftin qiyməti 50 dollar olacaq”
Tarix: 28.04.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Azərbaycan neftinin qiyməti 46 dolları ötüb

“Neft bazarının sabitləşməsindən sonra neftin bareli 50 dollar olacaq”. Bu, “Bloomberg”in yaxın gələcək üçün proqnozudur. Dünyanın neft bazarındakı əsas oyunçulardan biri kimi tanınan Britaniyanın BP şirkətinin nümayəndələri hesab edir ki, neftin barelinin 50-55 dollara qalxacağa təqdirdə dividendlər də daxil olmaqla maliyyə göstəriciləri artırmış olacaq.
BP daha əvvəl 2016-cı il üçün 19 milyard dollar nəzərdə tutduğu investisiya xərclərini 17 milyard dollara endirib. Neftin qiymətinin bahalaşacağı təqdirdə şirkətin xərclərinin 2017-ci ildə 15-17 milyard dollar arasında olacağı bildirilib. BP şirkətinin baş icraçı direktoru Robert Dadli isə neftin qiymətinin bu ilin sonunadək nisbət normal səviyyəyə çatacağına ümidlidir. Qeyd edək ki, BP 2015-ci il üzrə zərərinin son 20 ilin rekordu - 6,5 milyard dollar olduğunu açıqlamışdı. Başqa bir şirkət, qazma qurğularının sayına görə dünya lideri “Nabors Industries” də artıq neft qiymətlərindəki tərəqqini gözə alaraq müştəriləri ilə əməkdaşlığın genişləndirilməsi haqqında danışıqlara başlamağa hazırlaşır. “Wood Mackenzie” şirkətinin ekspertləri isə hələ də neftin qiyməti barədə nikbinlik nümayiş etdirmirlər. Şirkətin korporativ təhlillər üzrə təmsilçisi Freyzer Makkeynin sözlərinə görə, əsas məsələ neftin barelinin 50 dollara çatmasından gedir: “Hazırda bizim dondurulmuş layihələrimizin yenidən bərpası üçün neftin qiymətinin 50 dollardan yuxarı qalxması və bu qiymətin stabil şəkildə qalması önəm kəsb edir”. Qeyd edək ki, neft qiymətinin sabit şəkildə qalmasını neft-sənaye ölkələrinin əksəriyyəti zəruri məsələ hesab edir. Buna bariz nümunə kimi Əlcəzair dövlətinin yanaşmasını göstərmək olar. Bu ölkənin baş naziri Abdelmalek Sellyal rusiyalı həmkarı Dmitri Medvedevlə söhbəti zamanı neft qiymətlərindəki dəyişikliyi ölkəsinin iqtisadiyyatına təzyiq kimi xarakterizə edərək, sabit neft qiymətləri məsələsini həll etməyin zəruri olduğunu nəzərə çatdırıb. Xatırladaq ki, neftlə zəngin olan Əlcəzair də Rusiya kimi OPEK-in bu yaxınlarda Dohada keçirilən toplantısında neft hasilatı səviyyəsinin dondurmağa tərəfdar kimi çıxış etmişdi. Qeyd edək ki, Dünya Bankı da bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu artırıb. Bankın dərc etdiyi hesabatda bu il üzrə neftin orta qiymət proqnozu 37 dollardan 41 dollara yüksəldilib. Proqnozun dəyişməsinə səbəb kimi dolların dünya valyuta bazarında zəifləməsi və qlobal iqtisadi situasiyanın yaxşılaşmasıdır. Bank aprelin əvvəlində nəşr etdiyi iqtisadi görünüş hesabatında isə bu il üçün neftin orta qiymət proqnozunu 53 dollardan 37 dollara endirmişdi. Hesabatda, həmçinin neftin orta qiymətinin bu il 30 dollar səviyyəsinə düşə biləcəyi də qeyd edilmişdi. Dünya birjalarında neftin qiyməti maksimim bahalaşıb. Bu arada Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,81 dollar bahalaşaraq 44,53 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,70 dollar artaraq 46,33 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 46,05 dollar təşkil edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info