Baramaçılıqla məşğul olmaq istəyən fermerlərə ipəkqurdları paylanıb
Tarix: 28.04.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Qax rayonunun Ənbərkənd kəndindəki Damazlıq İpəkçilik Stansiyasında barama istehsalı məqsədilə inkubasiya mərhələsi keçən ipək qurdu toxumları fermerlərə təqdim olunub.
İpəkqurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb. Fermerlərə yardım məqsədlə nazirlik tərəfindən İran İslam Respublikasından 750, Çin Xalq Respublikasından isə 1000 qutu yüksəkkeyfiyyətli ipəkqurdu toxumları tədarük edilərək ölkəmizə gətirilib və müvafiq olaraq aprelin 14-də və 19-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdlarının paylanması münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə lazımi məsləhət və tövsiyələr veriblər. Fermerlərlə söhbət zamanı İlham Quliyev bildirib ki, kümçü ailəsi məşğul olduğu digər təsərrüfat sahələrinə mane yaratmadan öz gəlirlərini artıra bilər. Nazir müavininin dediyinə görə, 2016-cı ildə Azərbaycanda 75 ton yaş barama istehsalı nəzərdə tutulur. Kümçüləri maarifləndirmək məqsədilə nazirlik tərəfindən metodiki məsləhət, video-tövsiyə və bülletenlər hazırlanıb. İlham Quliyev növbəti ildə barama istehsalının 3 min tona çatdırılması üçün indidən yüksək səviyyədə hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb. Stansiyadan ipək qurdlarını təhvil alan kümçülərə barama istehsalı texnologiyasına dair videotövsiyə, buklet və yaddaş vərəqələri də verilib.
Tədbirdən sonra iştirakçılar “Şəki İpək” ASC-də müəssisənin fəaliyyəti ilə tanış olublar. “Şəki İpək” ASC yaş barama məhsulunu kümçülərdən tədarük edəcəyini bildirib və bu barədə müqavilələr imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info