Sergey Markov: “Bakı Forumu yüksək qiymətə layiqdir”
Tarix: 28.04.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


“BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda aktual məsələlər müzakirə edilir. Forum yüksək səviyyədə təşkil olunub. Hələ bura gəlməzdən əvvəl Forum haqqında məlumat əldə etdim və onun böyük əhəmiyyət daşıdığı qənaətinə gəldim”.
Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçısı, rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib. Aktual məsələlərin müzakirəsi baxımından Bakı Forumunu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycan xalqına böyük hörmətini ifadə edən Sergey Markov Bakıda olmağından məmnunluğunu dilə gətirdi. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların Bakıya gəlməsi bir daha bu Forumun vacibliyini göstərir. Bakı Forumunda müzakirəsinə ehtiyac duyulan məsələlər ətrafında fikir mübadiləsi aparılır, qərarlar qəbul olunur. S.Markov Azərbaycan rəhbərliyinin bütün istiqamətlərdə fəaliyyətinin yüksək səviyyədə olduğunu bildirib: “Bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə bir-birilərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda, bu, asan görünür. Lakin inamı reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacibdir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info