“BMT Sivilizasiyalar Alyansının Bakı Forumu işini uğurla yekunlaşdırdı”
Tarix: 28.04.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ciddi maraq və diqqətə səbəb olub”. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Foruma 120 ölkəni təmsil edən 805 rəsmi nümayəndə qatılıb: “Üç gün ərzində 41 tədbir təşkil olunub, 250-dən çox natiq çıxış edib.
Mətbuat nümayəndələrinə təşəkkür edirəm. Tədbirin işıqlandırılmasına böyük diqqət ayırdınız. 120 mətbu orqan qeydiyyatdan keçib. Bu ana qədər internet saytlarında Forumla bağlı 3542 xəbər yerləşdirilib. Televiziyalarda 130-a yaxın material hazırlanıb”. Ə. Qarayev qeyd edib ki, münaqişələrin həlli üçün BMT yaxşı platformadır: “BMT bunlarla bağlı qərar və qətnamələr qəbul edir. Bəzi qətnamələr dərhal icra olunur, bəziləri isə arxa plana atılır. Bakı Bəyannaməsində göstərilən qarşılıqlı anlaşma, dialoq, dostluq kimi dəyərlər geniş yayılsa və qəbul olunsa, o zaman evlərini itirən, işğaldan əziyyət çəkən insanların dərdlərinə son qoyulacaq. Çalışmalıyıq ki, münaqişələr gələcək nəsillərə qalmasın”. Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl Naser isə bəyan edib ki, Forum çox uğurlu olub və öz məqsədinə çatıb. O, tədbirin bağlanış mərasimində Məşvərət Şurasının yaradılmasını elan edəcəyini açıqlayıb. Daha sonra BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən alyansın ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser bildirib ki, Forum işini uğurla yekunlaşdırıb: “Azərbaycan hökuməti ilə apardığım əməkdaşlıqdan qürur duyuram. Gözəl təşkilatçılığa görə hamınıza, alyansın həmtəsisçiləri İspaniya və Türkiyəyə təşəkkür edirəm”. Alyans rəsmisi Məşvərət Şuranın işinin başlamasını rəsmi qaydada elan edib. O bildirib ki, şura siyasi, dini, vətəndaş cəmiyyəti və akademik sahənin ali nümayəndələrindən ibarət olacaq və alyans üçün tövsiyələrlə çıxış edəcək. O, həmçinin inklüzivlikdə idmanın rolunu da qeyd edib. Mədəniyyət və turizm naziri, Forumun təşkilat komitəsinin rəhbəri Əbülfəs Qarayev Azərbaycan adından BMT Sivilizasiya Alyansının Forumunun Bakıda keçirilməsinə dair qərarına görə təşəkkür edib: “Bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürü idi. Artıq bilirik ki, tək deyilik, beynəlxalq ictimaiyyət bizim gördüyümüz işlərə yardımçıdır”. Əbülfəs Qarayev deyib ki, ümumi qeydiyyatdan keçənlərin sayı 4300-dən çoxdur: “Könüllüləri də daxil etsək, Forumun işində 6 mindən çox insan iştirak edib. Tədbiri işıqlandıran 120 kütləvi informasiya vasitəsinə minnətdarlığımı bildirirəm. Bakı prosesi davam edəcək. Bu, ölkə Prezident tərəfdən yaradılmış tendensiyadır”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info