Cəmilə Çiçək BSU-nun tələbələri ilə görüşüb
Tarix: 28.04.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin bir qrup tələbəsi ilə AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, prezident təqaüdçüsü Cəmilə (Çiçək) İsbəndiyarovanın görüşü keçirilib. Bilik Fondunun dəstəyi ilə keçirilən görüşdə "Azərbaycan məhəbbət dastanlarında sevgiyə sadiqlik" mövzusu ilə çıxış edən Cəmilə Çiçək, klassik qəhrəmanlıq dastanlarımızdan olan "Kitabi-Dədə Qorqud"un boylarında məhəbbət çalarlarından, Selcan Xatunun Qanturalıya olan sadiqliyindən, fədakarlığından, Beyrəklə Baniçiçəyin uzun illərin sınağından sonra yenidən bir-birlərinə qovuşmasından danışıb.  Yeni dövrün yaradıcı məhsulu olan, özünün tərtibçisi və nəsr hissəsinin müəllifi olan, eyni zamanda akademik Kamal Abdullanın rəyçisi olduğu, Əyyub Cabbarovun şeirlər toplusunun motivləri əsasında qələmə alınan "Əyyub və Sənəm dastanı" nından söhbət açan Cəmilə Çiçək, at minən, cıdır yarışına çıxan qızlarımızın sevgi imtahanından da alnıaçıq, üzüağ çıxmaq istəməsi, lakin keçmişdən qalan, bu gün də davam edən var-dövlət hərisliyi, övladın arzu və istəyi ilə hesablaşmamaq duyğusunun ailə münaqişəsinə yol açdığını vurğulayıb.  Diskussiya şəklində keçən görüşdə tələbələrin istəyi ilə C. Çiçək bir sıra şeirlərini səsləndirib. O, çıxışının sonunda "Azərbaycan məhəbbət dastanlarında sevgiyə sadiqlik" mövzusunun tələbələrin diqqətini çəkdiyini, həvəslə dinlədiklərini, folklorumuza, dastanlarımıza maraqlarının olmasını, eyni zamanda şifahi xalq yaradıcılığı nümunələrindən məlumatlarının məhdud olduğunu, çağdaş dövrümüzdə də yeni dastanların yaranmaqda olduğunu bir qədər təəccüblə qarşıladıqlarını söyləyib. Elə bu səbəbdən də ali məktəblərdə şifahi xalq ədəbiyyatının tədrisinə ayrılan saatların sayının artırılmasını və tədris proqramında dastanlara daha çox yer verilməsini münasib görüb. Qeyd edək ki, görüşün sonunda auditoriyanın mühazirəyə maraq səviyyəsi müvafiq olaraq ən yüksək bal ilə (5 bal) qiymətləndirilib. 




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info