Naxçıvanda sahibkarlığa aid elmi-nəzəri seminar keçirilib
Tarix: 28.04.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı” mövzusunda elmi-nəzəri seminar keçirilib. Seminarı giriş sözü ilə universitetin İqtisadiyyat kafedrasının müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladıqları sərəncam və fərmanlarla həyata vəsiqə alan regional inkişaf proqramları, bu dövlət sənədlərində nəzərdə tutulan vəzifələrin icrası sayəsində blokada şəraitində yaşayan Naxçıvan bu gün özünün intibah dövrünə qədəm qo yub. Hazırda da muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, yeni istehsal sahələri yaradılır, daxili bazarda yerli istehsalın çəkisi günbəgün artır. Təkcə 2014-cü il sentaybrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrasından ötən müddət ərzində Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına muxtar respublikada 43 investisiya layihəsi maliyələşdirilib, bütövlükdə, sahibkarla17 milyon 319 min 200 manat həcmində kreditlər verilib. Bunun nəticəsində yeni-yeni istehsal sahələri yaradılıb ki,bu da qeyri-neft sektorunu inkişaf etdirməklə bərabər, yüksək əməkhaqqı göstəricilərinə malik 6713 yeni iş yerinin açılmasına səbəb olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Nuray ƏSƏGƏROVA




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18.07.2019
Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib
17.07.2019
Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info