“Mənzil fondları ilə bağlı yerli özünüidarəetmə orqanlarının rolu artırılmalıdır”
Tarix: 28.04.2016 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, ictimai təşkilatların, mənzil mülkiyyətçilərinin nümayəndələrinin və ekspertlərin iştirakı ilə “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan instutisional islahatlar, bu sahənin inkişaf perspektivləri barədə məlumat verib, mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq idarə edilməsi və lazımi səviyyədə saxlanmasının təşkili, eləcə də sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Son illər müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul edilib ki, bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. N.Qasımov qüvvədə olan qanunvericilik aktlarında bələdiyyələrə kifayət qədər səlahiyyətlərin verildiyini qeyd edib, bununla belə, mənzil fondlarının idarə olunmasında yerli özünüidarəetmə orqanlarının rolunun artırılmasının zəruriliyini vurğulayıb.
Milli Məclisin Yerli özünüidarəetmə Komissiyasının üzvü, millət vəkili Tahir Rzayev mənzil-kommunal sahəsində, eləcə də mənzil fondunun idarə olunmasının təşkilində və əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunu vurğulayaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov çoxmənzilli binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələri, eləcə də bu istiqamətdə görülmüş işlərə dair təqdimatla çıxış edib.
Tədbir Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun, Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Akif Kərimovun, iqtisadçı-ekspert Samir Əliyevin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Axel Müllerin, “Xətai-3” MMMC-nin sədri Mehman Nağıyevin və digərlərinin mövzuya dair məruzələri ilə davam edib.
Sonda mövzuya dair müzakirələr aparılmış, tədbir iştirakçılarının sualları cavablandırılıb.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info