Petisiya çərçivəsində Bakı Slavyan Universitetində görüş keçirilib
Tarix: 28.04.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) tələbələri ilə görüş keçirilib.
Universitetin rektoru Asif Hacıyev layihənin əhəmiyyətindən danışaraq deyib ki, yanvarın 26-da AŞPA sessiyasında qəbul olunan 2085 saylı qətnamədə birbaşa Ermənistanın işğalçı dövlət olduğu göstərilir və bu, Azərbaycanın tarixi uğurudur. O, bütün tələbələri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edən petisiyaya səs verməyə çağırıb. 
AVCİYA prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüElxan Süleymanov çıxışında bildirib ki, petisiyaya imza atanların sayı artıq 250 minə çatıb: "Səsvermə müddəti bitdikdən sonra Obama administrasiyası rəy üçün araşdırma aparacaq. Səsvermədə nə qədər çox adam iştirak edərsə, səsimiz o qədər çox əks-səda yaradacaq. Ona görə də mən bütün türk dünyasını petisiyaya səsverməyə çağırıram". 
E. Süleymanov qeyd edib ki, müraciətə qoşulanlar Obama administrasiyasınıAŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar. 
E. Süleymanov 2085 saylı qətnamənin detalları və əhəmiyyəti barədə də məlumat verib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info