«Azərbaycanlılar ölkələrini çox sevirlər»
Tarix: 01.03.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşüb. «Trend» xəbər verir ki, Ali Məclisin Sədri MR-in statusu, ərazisi, əhalisi, idarəetmə quruluşu, elm və təhsil müəssisələri, sosial-iqtisadi inkişafı barədə ali qonağa ətraflı məlumat verib. Vasif Talıbov bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənən Azərbaycan-Gürcüstan dostluq əlaqələri çərçivəsində ölkələrimizin muxtar qurumları olan Naxçıvan ilə Acarıstan arasında münasibətlərin hazırkı səviyyəsi də məmnunluq doğurur. 1921-ci ildə Gürcüstanın da imzaladığı beynəlxalq Qars müqaviləsinə əsasən, Azərbaycanın Naxçıvan Muxtar Respublikası təşkil olunub. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında mədəniyyət, turizm, təhsil, səhiyyə, iqtisadiyyat, ticarət, sənaye və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı əsaslar var. Qədim Naxçıvan diyarında olmaqdan məmnunluğunu bildirən M.Saakaşvili ulu öndər Heydər Əliyevin iki ölkə arasındakı əlaqələrin inkişafına misilsiz töhfələr verdiyini vurğulayıb. Gürcüstan dövlət başçısı Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini bildirib. "Azərbaycanlılar ölkələrini çox sevirlər" - deyən Mixeil Saakaşvili Bakıda Prezident İlham Əliyev ilə uğurlu görüşlər keçirdiyini qeyd edib. Vurğulayıb ki, ölkəsini belə inkişaf etdirmək hər bir liderin arzusudur.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info