Ermənilər yüzlərlə evə ziyan vurublar
Tarix: 28.04.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Ermənilərin ötən gecə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtərdə 58 evə ziyan dəyib.
Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib. 
O qeyd edib ki, ötən gecə saat 23.30-dan başlayaraq gecə saat 04.00-dək rayon erməni silahlı bölmələri tərəfindən atəşə tutulub. Nəticədə 2 məktəb binası, 1 mağaza, 1 pambıq qəbuledici məntəqəyə ziyan dəyib.
İcra başçısı həmçinin qeyd edib ki, atılan mərmilər rayon ərazisində 2 elektrik ötürücü yarımstansiyanı partladıb, nəticədə 20 kəndə elektrik enerjisinin verilişi dayandırılıb: “Hazırda həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün tədbirlər görülür. Mülki əhali arasında ölən və yaralanan yoxdur”. 
M. Məmmədov ermənilərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində aprelin 2-dən bu günədək rayonda 256 yaşayış evinə ziyan dəydiyini açıqlayıb. 
Ermənilərin ötən gecə yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ağcabədi rayonundakı yaşayış evlərinə də ciddi ziyan dəyib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  açıqlamasında qeyd edib ki, son günlər düşmənin zərbələri nəticəsində rayonda 25-ə yaxın evə ziyan dəyib: “Qaraxanlı kəndində bir yaşayış evi yanaraq tamamilə sıradan çıxıb. Əksər evlərin dam örtüyünə mərmilər düşüb, bir çox evin şüşələri qırılıb. Ölən və yaralanan yoxdur”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info