Soltanifər Forumun Bakıda yüksək səviyyədə təşkilinə görə xalqımızı təbrik edib
Tarix: 28.04.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənın İran Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifərlə görüşündə ölkələrimiz və xalqlarımız arasında dini-mənəvi sahədə əlaqələrlə bağlı müzakirələr aparılıb.QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və İran xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin bugünkü inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.Təzəpir məscidini ziyarət edən, Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası və muzeyi ilə tanış olan iranlı qonaq burada qorunub saxlanılan qədim, nəfis tərtibatlı Quran kitabları, nadir dini ədəbiyyatın zənginliyini yüksək qiymətləndirib.İranı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda təmsil etməkdən məmnun olduğunu vurğulayan M.Soltanifər Forumun Bakıda yüksək səviyyədə təşkilinə görə xalqımızı təbrik edib.İranlı qonağa Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, müxtəlif din mənsubları olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, onların dini tələbat və qayğılarının eyni dərəcədə təmin edilməsi, milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi islami irsimizə diqqət göstərilməsi barədə məlumat verən şeyxülislam bu sahədə siyasi iradənin böyük rol oynadığını, Azərbaycanın dövlət başçısı tərəfindən dini tolerantlıq və multikulturalizmin dəstəklənməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb. QMİ sədri əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dövlətçilik siyasətinin tərkib hissəsi kimi multikulturalizm, milli və dini tolerantlığın Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsinin ölkəmizin uğurlarında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə İranın həssas münasibətinin böyük önəm kəsb etdiyini qeyd edən QMİ sədri xalqımızın haqq işinin qələbə qazanacağına əmin olduğunu və İran dövlətinin bu problemin beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə ədalətli həllinə yardımçı olan bütün səylərinə görə təşəkkürünü bildirib.Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info