“Euronews”da Bakıda keçirilən Forum barədə reportaj yayımlanıb
Tarix: 28.04.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


“Euronews” telekanalında BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu barədə videomaterial yayımlanıb.Videomaterialda bildirilir ki, multikultural dəyərlərə malik Azərbaycanda belə bir tədbirin keçirilməsi bir çox problemlərin açarı rolunu oynaya bilər. Forumda müzakirə olunan önəmli mövzulardan biri də miqrant böhranı olub.Reportajda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin müsahibəsi də yer alıb. O deyib ki, bir çox hallarda KİV miqrantları dünyaya təhlükə kimi təqdim edir. Mediada Avropada kütləvi böhranın idarə edilməsi üsulunun tətbiqinə zərurət var. Miqrantlar, qaçqınlar və gənclər terrorçu qruplar tərəfindən zor tətbiq edilməklə səfərbər olunma kimi böyük risk altındadırlar. Bəzi mətbu orqanlar tərəfindən miqrantlar və terrorçular arasında yaradılan eyniləşmə ksenofobiyanı, stereotipləri, ittihamları artırır. Bu isə radikallaşmaya, zorakılığa və terrorçuluğa yol açır.Videomaterialda digər məruzəçilər haqqında da məlumat verilir, Forumda müzakirə edilən məsələlərin Bakı platformasında əhəmiyyəti vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info