Bakı Forumu sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfə verəcək
Tarix: 28.04.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə, sülhə, əmin-amanlığa böyük töhfə verəcək. Forum yüksək səviyyədə təşkil edilmişdi. Dünyanın 140-dan artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin bu mötəbər tədbirdə müasir dünyamız üçün aktuallıq kəsb edən məsələləri müzakirə etmələri olduqca vacib amildir.Bu fikirləri VII Qlobal Forumun iştirakçısı, İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki AZƏRTAC-a müsahibəsində bildirib.Dorina Biyanki Forumun nəticələrinin uğurlu olacağına əminliyini bildirib.Ölkələrimiz arasında əlaqələrə toxunan mədəniyyət nazirinin müavini İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin genişlənməsinə təkan verdiyini deyib.Nazir müavini Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin İtaliyada təbliği, İtaliyanın tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına böyük töhfə verdiyini vurğulayıb. Dorina Biyanki görülən bütün işlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.Nazir müavini Azərbaycanın Milan Expo və Venesiya Biennallesi kimi dünya əhəmiyyətli tədbirlərdə uğurlu iştirakının İtaliyada məmnunluqla qarşılandığını diqqətə çatdırıb. O, bütün bunların ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayıb. Dorina Biyanki ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə inandığını deyib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info