Peşəkar dalğıcların hazırlanması məqsədi ilə sınaq imtahanı keçirilib
Tarix: 01.03.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində ilk dəfə olaraq 4-cü dərəcəli I-II iş qrupu üzrə dalğıcların hazırlanması məqsədi ilə sınaq imtahanı keçirilib.
Kursa 204 nəfər elektron ərizə ilə müraciət edib. Onlardan müəyyən mərhələdən keçdikdən sonra 23 nəfəri qalıb. Həmin şəxslərin arasından isə 20 nəfər qalib seçilərək aprelin 1-dən başlayaraq dörd ay ərzində keçiriləcək dalğıc kurslarına yazılıblar.
Kurslar Sankt-Peterburq Dövlət Dənizçilik Akademiyasının və Beynəlxalq Dəniz Təşkilatının sertifikatlarını almış yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılacaq. Kursu bitirən dalğıclar Xəzər Dəniz Neft Donanmasının müxtəlif strukturlarında işlə təmin olunacaqlar.
İmtahan 5 mərhələdə - birinci müsahibə, ikinci üzgüçülük qabiliyyətinin və dərinlikdə sualtında qalmanın həyata keçirilməsi, üçüncü tibbi müayinə, dördüncü baro kamerada isti təzyiq altında yoxlama və sonuncu mərhələdə isə test imtahanı üzrə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info