“Azərbaycan və İndoneziya arasında çox yaxşı münasibətlər mövcuddur”
Tarix: 28.04.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


“Azərbaycan və İndoneziya arasında çox yaxşı münasibətlər mövcuddur. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik”. 
Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie APA-ya açıqlamasında bildirib. Çoxtərəfli formatlarda münasibətlərin yüksək səviyyədə olduğunu deyən səfir ikitərəfli münasibətlərin səviyyəsindən razılıq edib və bu sahənin inkişafı üçün yaxşı potensial olduğunu söyləyib. H. Bey Fananie İndoneziyanın Azərbaycandan neft idxal etdiyini vurğulayıb: “Azərbaycan İndoneziyanın ən çox neft aldığı ikinci ölkədir. Bizim Azərbaycandan olan neftə ehtiyacımız var. Lakin hələ də Azərbaycan İndoneziyadan çox məhsul idxal etmir.  Bunun üçün güclü potensial mövcuddur və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməliyik. İndoneziyanın Azərbaycandakı səfiri kimi turizm əlaqələrinin inkişaf etdirilməsi üçün çalışacağam. Bilirsiniz ki, turizm məqsədilə İndoneziyaya səfər edən Azərbaycan vətəndaşları ölkədə 1 ay ərzində vizasız qala bilirlər. Mən birbaşa hava əlaqəsinin yaradılmasına da cəhd edəcəyəm”. 
Bununla yanaşı, diplomat ticarət və investisiyalar sahəsinin inkişaf etdirilməsinin prioritet olacağını deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sonunadək İndoneziyaya səfər edə bilər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info