Allahşükür Paşazadənin Vatikanın Cənubi Qafqaz üzrə elçisi ilə görüşü olub
Tarix: 28.04.2016 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Vatikan ilə Qafqazın dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və bu əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri şeyxülislam Allahşükür Paşazadənin Vatikanın Cənubi Qafqaz üzrə elçisi nunsi Marek Solçinski ilə görüşündə bu səfərin dünyada və regionda sülh, ədalət və əmin-amanlığın, Uca Yaradanın vacib buyurduğu mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə böyük töhfə olacağı vurğulanıb.Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən şeyxülislam A.Paşazadə Pontifikin bu yaxınlarda Patriarx Kirillə tarixi görüşünü yüksək qiymətləndirdiyini, bu münasibətlə hər iki dini liderə təbrik məktubları ünvanladığını bildirib. Papa Fransiskin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa dair səylərini dəstəklədiyini vurğulayan A.Paşazadə Müqəddəs Taxt-Tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi qeyd edib.Azərbaycanın dünyada multikultural dəyərlər diyarı olduğunu, mədəniyyətlər, dinlər, sivilizasiyalararası əməkdaşlığa dair təşəbbüslərə ali diqqət göstərildiyini Vatikan elçisinin diqqətinə çatdıran QMİ sədri xalqımızın bu nailiyyətləri ilə fəxr etdiyini və dünyaya öz örnək multikultural modelini təqdim etdiyini vurğulayıb.Nunsi Marek Solçinski görüşə görə QMİ sədrinə minnətdarlığını bildirib. Vatikanın Cənubi Qafqaz üzrə elçisi Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info