Nazir: “Ermənistan mülki əhali ilə müharibə aparır”
Tarix: 28.04.2016 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib və danışıqların davam etdirilməsi onlar tərəfindən ancaq vaxt qazanılması məqsədi daşıyır. Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Ağdam rayonunda olarkən jurnalistlərə deyib. Nazir bildirib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşları ilə müharibə etməyə davam edir: "Evlərin dağıdılması və Azərbaycanın mülki vətəndaşlarının ölümü bunu təsdiq edir".
H.Bağırov əlavə edib ki, Azərbaycan artıq 90-cı illərdə olan ölkə deyil: "Azərbaycanın gücü artıb. Bu bizim üçün ölüm-qalım mübarizəsidir. Başqa yolumuz yoxdur. Buna görə də Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx toplaşıb və işğal edilmiş ərazilərini qaytarmaq üçün mübarizə aparır. Azərbaycanın digər dövlətin ərazisinə iddiası yoxdur".
O, qeyd edib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurmağa davam edir, meşə örtüklərini məhv edir, qızıl mədənlərini istismar edir və s. Azərbaycan tərəfi işğal edilmiş ərazilərimizdə Ermənistanın bu fəaliyyəti barədə beynəlxalq təşkilatları məlumatlandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info