Ombudsman institutunun regional mərkəzləri gücləndiriləcək
Tarix: 29.04.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni layihəyə start verilib
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinə start verildi.
Layihə ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova Azərbaycanla Avropa İttifaqı arasında mövcud əməkdaşlıq haqqında məlumat verdi. O bildirdi ki, fəaliyyəti dövründə Aİ-nin Şərq tərəfdaşlığı və tvinninq layihələrində aktiv iştirak edib. İctimaiyyətə təqdim olunan bu layihə dörd komponent üzrə icra ediləcək. Layihə Almaniya və Polşadan olan tərəfdaşların birgə iştirakı ilə həyata keçiriləcək.
Ombusdman bildirdi ki, Aİ və Azərbaycan arasında münasibətlərin hüquqi əsasını 1999-cu ildə qüvvəyə minmiş Partnyorluq və Əməkdaşlıq Müqaviləsi (PƏM) təşkil edir. PƏM-in məqsədlərini icra etmək üçün konkret mexanizmlərin müəyyən edilməsi baxımından üçüncü Aİ-Azərbaycan Birliyi Şurası 2006-cı ildə Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ-Azərbaycan Fəaliyyət Planını qəbul edib. İnsan Hüquqları AQS-Fəaliyyət Planının əsas diqqət yönəltdiyi sahədir. Xüsusilə 3-cü prioritet sahə “İnsan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun müdafiəsinin gücləndirilməsi”nə və xüsusilə Avropanın İnsan Hüquqları Məhkəməsində Ombudsman İnstitutu və hökumət təsisatlarının potensialının gücləndirilməsi ilə bağlıdır. Ölkəmizdə Aİ ilə əməkdaşlıq çərçivəsində 3 layihə həyata keçirilib. Bu ildən isə yeni bir tvinninq layihəsi başlayıb. Bildirildi ki, tvinninq layihəsi PƏM-in 71-ci maddəsinə və Aİ-Azərbaycan Fəaliyyət Planının 3-cü maddəsinə əsasən ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanda insan hüquqları sistemi üçün zəruri olan müəyyən hüquqi və institusional islahatlara diqqəti yönəltməklə müstəqil, milli və qeyri- məhkəmə mexanizmlərini təşviq edərək Ombudsman institutu və onun regional mərkəzlərinin potensialını dəstəkləmək yolu ilə Fəaliyyət Planının icrasına daha çox töhfə verəcək.
Layihənin məqsədi Milli Preventiv Mexanizm, uşaq hüquqları, əlilliyi olan şəxslərin hüquqları, yaşlı insanların hüquqları və məlumata çıxış hüququ ilə bağlı mandatının icra olunmasını təmin etmək işində Ombudsman İnstitutu və onun regional mərkəzlərinin imkanlarının dəstəklənməsidir. Layihənin icra müddəti iki ildir və fəaliyyətinə 2015-ci ilin dekabr ayında başlanılıb.
Daha sonra tədbirdə Almaniyadan olan layihə rəhbəri Volker Ellenberger layihə ilə bağlı məlumat verərək bildirdi ki, layihənin icra prosesində Almaniya və Polşadan başqa, Yunanıstan və Portuqaliyadan olan ekspertlər də yaxından iştirak edəcəklər. Tvinninq layihəsinin səmərəli olması üçün rahat və şəffaf fəaliyyətə ehtiyac var: “Tvinninq layihəsi çox mühüm bir layihədir və əməkdaşlıq təşviq edir. Mən bir neçə müddətdir ki, burdayam, Azərbaycan xalqı və mədəniyyəti ilə yaxından tanış olmuşam. 2002-ci ildən Azərbaycanda səmərəli Ombudsman aparatı fəaliyyət göstərir. Hazırkı layihə isə beynəlxalq ekspertlərin dəstək verdiyi çox mühüm bir layihədir. Bu, ilk tvinninq layihəsi deyil. İnanıram ki, Almaniya dövlət qurumları ilə əməkdaşlıq daha da artacaq. Ombudsman aparatının iştirakı ilə Azərbaycanda bir sıra qanunlar qəbul olunub. Sabit bir sistem qurulub”.
Tədbirdə Polşadan olan kiçik layihə rəhbəri Miroslav Vroblevski isə bildirdi ki, Polşada Ombudsman aparatı 1987-ci ildə yaradılıb və səmərəli fəaliyyət göstərib: “Ölkələrimiz arasında səmərəli əməkdaşlıq fəaliyyəti mövcuddur. Bu layihədə fəal olaraq bu prosesə qatılacağıq”.
İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Toğrul Quliyev bildirdi ki, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qanunvericiliyə uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Aİ ilə əməkdaşlığın son dövrlərdə yüksək səviyyədə olduğunu deyən T. Quliyev burada iqtisadi əməkdaşlığın xüsusi yeri olduğunu qeyd etdi. Vurğulandı ki, Aİ kifayət qədər böyük bazardır. 2015-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 9.694,98 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.943,31 mln. ABŞ dolları, ixracın həcmi 6.751,67 mln. ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 3.808,36 mln. dollar olub. 2015-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 46,96 faiz, o cümlədən ixracda 59,10 faiz təşkil edib. 1992-2006-cı illərdə Aİ-nın müxtəlif proqramları çərçivəsində Azərbaycana humanitar, texniki və ərzaq yardımı göstərilib. Hazırda Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir. 2010-cu ildə İqtisadiyyat Nazirliyinin benefisiar olduğu layihə Avropa Komissiyası tərəfindən ən uğurlu 4 layihədən biri, 2011-ci ildə isə Milli Məclisin benefisiar olduğu layihə ən uğurlu 3 layihədən biri hesab edilib.
Tvinninq layihələrindən artıq 23-nün icrası başa çatıb, 8-i icradadır, 12-si üzrə layihə sənədləri hazırlanır.
Aİ Nümayəndə heyətinin Azərbaycandakı rəhbəri Malena Mard isə bildirdi ki, Aİ ilə ölkəmiz arasında sıx əməkdaşlıq var: “Aİ demokratik təsisatlara hər zaman öz dəstəyini göstərəcək. Aİ uşaqların, əlillərin hüquqları ilə bağlı Azərbaycanla əməkdaşlıq edir. Əvvəlki layihələr uğurla həyata keçirilib. Burada Ombudsman aparatının həyata keçirdiyi layihələr mühüm rol oynayır. Bundan başqa, Aİ ilə Azərbaycan münasibətlərinin 25 illiyi qeyd ediləcək. Yüksək səviyyədə qeyd ediləcək bu tədbir də bir tərəfdaş olaraq nə qədər əhəmiyyətli qonşu olduğumuzu göstərir”. Almaniya səfirliyinin müvəqqəti səfiri Volker Berresheim isə bildirdi ki, Almaniya üçün Azərbaycan əhəmiyyətli bir tərəfdaşdır: “Bu əməkdaşlıqdan şərəf duyuruq. Almaniya yeni layihədə də bir tərəfdaş olaraq öz təcrübəsini təqdim edəcək”.
Nigar Abdullayeva

Malena Mard:
“Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir”
“Avropa İttifaqı bütün münaqişələrin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir”. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə istinadən Dağlıq Qarabağda hazırkı status-kvonun tərəflər üçün əlverişli olmadığını və daimi xarakter daşımadığını söyləyib: “Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. ATƏT-in Minsk qrupunun da səylərini dəstəkləyirik. Avropa İttifaqının prioritetlərindən biri də ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun işinə dəstək olaq”. M. Mard əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır: “Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanda səfərdə olub. O, Ermənistana da səfər edəcək. Avropa İttifaqı yenə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün vasitələrə əl atacaq. Avropa Parlamentində xanım Mogerininin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu, bir daha göstərir ki, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həllində Minsk qrupu həmsədrlərinin səylərinə dəstək verir”. M. Mard qeyd edib ki, atəşkəsin pozulmaması çox vacibdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info