“Almanlar Rusiya ilə daha sıx əməkdaşlığın tərəfdarıdır”
Tarix: 29.04.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Ruslar və almanlar ölkələrinin biri-biri ilə daha sıx əməkdaşlıq etmələrinin tərəfdarıdır. Bu nəticəyə Almaniyanın Kerber fondu TNS tədqiqat qrupu tərəfindən ölkə əhalisi arasında keçirilən sorğunun nəticələrinə əsasən iddia edir.
Almaniyanın “Der Spieqel” nəşrinin məlumatına görə sorğu bu ilin 22 fevralından martın 8-ə qədər dövr ərzində keçirilib. Nəşr bildirir ki, Almaniya əhalisinin 81 faizi Rusiya Federasiyası ilə sıx əlaqələrin qurulmasının tərəfdarı kimi çıxış edir. Qeyd edək ki, almanlar arasında keçirilən sorğu zamanı respondentlərin 89 faizi Fransa ilə yaxşı əlaqələrin vacibliyinin tərəfdarı kimi çıxış ediblər. Qəribə də olsa, sorğu iştirakçılarından yalnız 59 faizi ABŞ-la münasibətlərin yaxşılaşdırılması təşəbbüsü ilə çıxış edib. Almaniyadan fərqli olaraq Rusiyada almanlarla daha intensiv əlaqələrin vacibliyinə rusların 62 faizi dəstək verib. Ruslar üçün ikinci önəm verilən ölkə kimi Çin göstərilib. Belə ki, rusların 61 faizi Çinlə münasibətlərin vacibliyinin təşəbbüskarı kimi çıxış ediblər. Almanların 49 faizi əməkdaşlığın ən prioritet məsələsi kimi Suriya münaqişəsinin həlli olmasını bildirsələr də, ruslar bu müharibənin onların həyatında o qədər də böyük rol oynamadığını bildiriblər. Onlar Almaniya ilə daha çox iqtisadi əlaqələrin bərpasına önəm verdiklərini və bunun hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sorğuda maraqlı nüanslardan biri də Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlıdır. Belə ki, Rusiyada iqtisadi qadağaların aradan qaldırılması lehinə 79 faiz səs veribsə, bu göstərici almanlar arasında 69 faiz olub. Bütün bunlarla yanaşı, almanların yarıdan çoxu Avropa Birliyinin Rusiyaya qarşı göstərdiyi münasibəti “kafi” qiymətləndirib. Ukrayna və digər məsələlər üzrə də fərqli münasibət sorğuda özünü göstərib. Məsələn, Almaniya əhalisinin 60 faizi Ukraynanın Avropaya inteqrasiyasını dəstəklədiyi halda, rusların 66 faizi Ukraynanın belə bir addımını səhv kimi dəyərləndirir. Sorğuda başqa maraqlı məqamlardan biri də budur ki, almanların 50, rusların isə 51 faizinin Rusiyanı Avropanın bir hissəsi kimi görməməsidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info