Vilayət Eyvazov səfirlərlə görüşüb
Tarix: 29.04.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov müstəqillik illərində ölkəmizin keçdiyi tarixi yol, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahələrində əldə edilmiş uğurlu nəticələr, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmini, mövcud kriminogen durum, qarşıda duran vəzifələr barədə geniş məlumat verib. V. Eyvazov qeyd edib ki, son 3 ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili İşlər Nazirliyində 268 görüş keçirilib. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub. Hazırda DİN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə İdarəsi respublika ərazisində yerləşən 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir və müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanılır. Onlar tərəfindən son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısı alınıb. Qeyd olunub ki, diplomatik nümayəndəliklərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi də böyük önəm verilən məsələlərdən olmaqla, bu sahədə fəaliyyət xüsusi əməliyyat planı ilə tənzimlənir. V. Eyvazov onu da vurğulayıb ki, Azərbaycan da terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır. Ötən əsrin 80-ci illərindən etibarən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı törədilmiş 32 terror aktı nəticəsində iki min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb: “Azərbaycanın torpaqlarının 20 faizindən çoxunun, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd zolağına nəzarət imkanlarımızın itirilməsi də ciddi problemlərdəndir. Nəticə etibarı ilə narkotiklərin, odlu silahların qanunsuz dövriyyəsinə, həmin ərazilərdə beynəlxalq terrorçu təşkilatların gizli təlim bazalarının maneəsiz fəaliyyətinə əlverişli şərait yaranıb. Bu faktın özü nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olaraq qalır”. Çıxışının sonunda məruzəçi diplomatik korpus nümayəndələrini əmin edib ki, Daxili İşlər Nazirliyi digər hüquq-mühafizə orqanları ilə birlikdə bundan sonra da cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizənin yüksək peşəkarlıqla həyata keçirilməsi, ictimai asayişin, təhlükəsizliyin və sabitliyin lazımi səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcək. Xarici İşlər Nazirliyinin idarə rəisi Pərvin Mirzəzadə ölkəmizdə akkreditə olunmuş səfirliklərin və diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmini istiqamətində təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyinin sıx, işgüzar və səmərəli əməkdaşlığından, eyni zamanda, respublikamızı təmsil edən diplomatların bəzi xarici dövlətlərdə qarşılaşdıqları problemlərdən söz açıb. Diplomatik korpusun adından çıxış edən Rusiya Federasiyasının səfiri Vladimir Doroxin təşəbbüslərinə müsbət cavab verildiyinə, görüşün yüksək səviyyədə təşkilinə və ətraflı məlumata görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info