Fransa ilə iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub
Tarix: 29.04.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığının yeni perspektivləri müzakirə olunub.Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, müzakirələr Mərkəzi Bankın sədri Elman Rüstəmovun BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda səfərdə olan Fransanın keçmiş Baş naziri Dominik de Vilpenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.Görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əlaqələr, Azərbaycanda neft sektorundan asılı olmayan, diversifikasiya olunmuş iqtsadiyyat modelinin tətbiq edilməsi məqsədilə hazırda ölkədə keçirilən geniş miqyaslı iqtisadi islahatlar və bununla əlaqədar Azərbaycanın Fransa ilə iqtisadi əməkdaşlığının yeni perspektivləri müzakirə olunub.E.Rüstəmov Azərbaycan və Fransa arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişaf məsələləri, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.Dominik de Vilpen öz növbəsində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini qeyd edərək Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğulayıb. O, Fransanın inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirib.Görüşdə, həmçinin ölkələr arasında “Yeni ipək yolu” layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info