Səfirimizin məqaləsi “Vaşinqton Tayms” qəzetində dərc olunub
Tarix: 29.04.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Vaşinqton Tayms” qəzetində müasir İpək Yolu ilə bağlı məqaləsi dərc olunub. Məqalədə bu həftə ABŞ-ın qabaqcıl elmi mərkəzlərindən olan Cons Hopkins Universitetində Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirlikləri tərəfindən təşkil olunan “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” Forumuna istinad olunaraq bildirilir ki, ABŞ-ın və regionun rəsmiləri ilə yanaşı, 50-dən artıq beynəlxalq şirkətin və akademik dairələrin nümayəndələrinin qatıldığı sözügedən forumda regional inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.Məqalədə tarixi İpək Yolunun vaxtilə çoxsaylı əfsanələrə mənbə olduğu, bu gün isə bu yolun yenidən reallığa çevrildiyi qeyd edilir. Qazaxıstanın şərq qapılarından başlayaraq Azərbaycanın Xəzər dənizində yerləşən ən böyük Ələt limanından keçən və Türkiyənin şərq qapılarına qədər davam edən bu nəqliyyat dəhlizi Amerika şirkətlərinə müxtəlif sahələrdə çoxsaylı imkanlar yaradır. Məsələn, dəniz marşrutu ilə müqayisədə Asiya ilə Avropa arasında tranzitin müddəti üç dəfə azalır. Eyni zamanda, tərəfdaş dövlətlərin layihədə iştirak edən dövlət qurumları tranzit və ticarət üçün əlverişli şərait yaratmaq məqsədilə bir-biriləri ilə yaxından əməkdaşlıq edirlər. Belə uğurlu regional əməkdaşlığın əsasları Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə iş birliyinin təcrübəsinə söykənir. Bu gün isə strateji “Cənub Qaz Dəhlizi” layihəsi bunu daha da gücləndirir.Vaşinqtonda Müasir İpək Yolu Konfransı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Forumundan dərhal sonra baş tutur. Bu da öz növbəsində İpək Yolunun yalnız ticarət və ya tranzit dəhlizi yox, eyni zamanda, mədəniyyətlər mübadiləsi məkanı olduğunu və regionumuzun əhəmiyyətli mərkəzi olan Azərbaycanın dünya kontekstində tolerantlığın təbliğindəki rolunu göstərir.Müəllif Azərbaycan və Ermənistan arasında artan gərginliyə istinad edərək regionumuzun gələcəyinə dair iki fərqli yanaşmanın mövcud olduğunu təəssüflə qeyd edir. Birinci yanaşma regional əməkdaşlıq, suverenliyin və müstəqilliyin gücləndirilməsi, tolerant cəmiyyət və rifahlı inkişafın təşviqindən ibarətdir. Digər yanaşma isə dar və etnik siyasətə, davamlı münaqişəyə, məcburi sürgünə və natamam suverenliyə əsaslanır.
Məqalənin sonunda səfir bildirir ki, əməkdaşlıq və inteqrasiyanı təmsil edən müasir İpək Yolu regionun gələcəyi üçün tarixi imkan yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info