AMEA-nn ümumi yığıncağı keçirilir
Tarix: 29.04.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


 Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir. Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak edirlər.
Öncə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. 
Ümumi yığıncağın gündəliyində AMEA-da "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işlər, reallaşdırılan layihələr, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası, AMEA Rəyasət Heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, o cümlədən AMEA-da bəzi struktur islahatları, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı kimi məsələlər yer alıb.
Sonra A. Əlizadə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info