ŞAİRLƏRLƏ GÖRÜŞ
Tarix: 29.04.2016 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri, eləcə də gənc şairlərlə görüş keçirilib.
Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov belə görüşlərin ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət etdiyini deyib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxış edərək rəhbərlik etdiyi birliyin yaranma tarixindən və fəaliyyətindən, eləcə də Naxçıvanda yaşayıb-yaradan şairlərin yaradıcılığından söz açıb.
Qeyd olunub ki, hazırda birlik üzvlərinin sayı 80-ə yaxındır. Bugün Naxçıvanda 30-a yaxın istedadlı gənc şair uğurla fəaliyyət göstərir və birlik daima onlara dəstək olmağa hazırdır.
Sonra Naxçıvan ədəbi mühitinin tanınmış simalarından olan Qafar Qəribin, Zaur Vedilinin, Sədaqət Nemətin, Tural Həsənlinin, Qanun Ümmanın, Gülşadə İbrahimlinin, Ruhəngiz Əliyevanın, Nərgiz İsmayılovanın, Elxan Yurdoğlunun, Humay Nurun, Zeynəb Naxçıvanlının, Kamal Xanəgahının vətənpərvərlik mövzusunda qələmə aldıqları şeirləri səslənib.
Nərmin Cabbarova
Aqşin Məhərrəmov




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info