“Ermənistanın xarici işlər naziri öz prezidentinin dediklərini inkar edir”
Tarix: 29.04.2016 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


“Rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsiz və biri digərini inkar edən xarakterdədir”. 
Bunu Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan prezidenti danışıqlardan imtina etdiyini, xarici işlər naziri isə guya ölkəsinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir: “Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çox çətindir. Belə bir təəssürat yaranır ki, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelər var. Ermənistanın xarici işlər naziri də öz prezidentinin dediklərini inkar edir. Bunlar da əslində Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. Bu bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər bir vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də əslində Ermənistanın əsl simasını göstərir. Bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info