“ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiya Suriyada qeyri-legitim fəaliyyət göstərir”
Tarix: 29.04.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiya Suriyada qeyri-legitim fəaliyyət göstərir. Vaşinqton Dəməşqdən razılıq alsaydı, BMT TŞ-nin hamını qane edən qətnaməsini qəbul etmək mümkün olardı”.  “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov. 
Nazir qeyd edib ki, Suriyada antiterror mübarizəsini qanuni əsaslarla yalnız Rusiya aparır: “ABŞ-ın koalisiyası isə orada qeyri-legitim fəaliyyət göstərir”.  
“Mən amerikalı tərəfdaşlarımıza dəfələrlə bunu böyük səhv olduğunu bildirmişəm. Onlar İraq hökumətindən razılıq aldıqları kimi, Dəməşqdən də almalı, ya da məsələ ilə bağlı BMT TŞ-ə müraciət etməli idilər. Əgər bu baş versəydi, mən şübhə etmirəm ki, biz, BMT TŞ-nin həm ABŞ koalisiyasını, həm də Suriya hökumətini qane edəcək  qətnaməsini hazırlayıb qəbul edə bilərdik, çünki, bu bizim ümumi bəlamızdır”, - deyə Lavrov  İsveçin “Dagens Nyuheter” nəşrinə müsahibəsində bildirib.  
Onun sözlərinə görə, onların Suriyaya qeyri-legitim müdaxiləsi koalisiyanı yalnız terrorçuların mövqelərinə yox, gələcəkdə, ehtimal ki, Liviya ssenarisi ilə, rejim qüvvələrinə qarşı hücum üçün istifadə etmək imkanının yaradılmasını əks etdirir.
“Düzdür, bu cür planlar rəsmi heç yerdə elan edilməyib, lakin, onlar mütəmadi özünü biruzə verir. Sayıq olmaq gərəkdir”, - deyə Lavrov əlavə edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info