Masallıda “ASAN HƏYAT” kompleksi inşa edilir
Tarix: 29.04.2016 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu “ASAN xidmət” konsepsiyası dövlət orqanlarının xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin yeni tərzdə qurulmasına yönəlib.“ASAN xidmət” konsepsiyası üç illik fəaliyyəti dövründə özünü uğurla doğruldub. Prezident İlham Əliyevin dediyi kimi, “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib. Bu xidmətin BMT-nin yüksək mükafatına layiq görülməsi heç də təsadüfi deyil.Əhaliyə 253 növ xidmət göstərən “ASAN xidmət”in dövlət qulluğu sisteminə gətirdiyi başqa bir yenilik dövlət orqanlarının fəaliyyətinə gənclərin, o cümlədən könüllülərin cəlb edilməsi olub.Gələcəyini dövlət qulluğu ilə bağlamaq istəyən minlərlə gənc burada təcrübə əldə etmək imkanı qazanıb. Onlardan bir çoxu dövlət orqanlarında və özəl sektorda işlə təmin olunub.“ASAN xidmət”, həmçinin gəncləri birləşdirən, onlar üçün karyerada yeni üfüqlər açan sosial layihədir.Ölkə başçısının tapşırığına əsasən Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərində ümumilikdə 9 “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bu il Azərbaycanda ilk dəfə olaraq Masallı rayonunda “ASAN HƏYAT” kompleksinin inşasına başlanılıb.Kompleksə “ASAN xidmət” mərkəzi ilə yanaşı, "Könüllülər Mərkəzi", ailə biznesi qurmaq istəyənlər üçün layihələr hazırlanmasına kömək göstərəcək “Biznes Mərkəzi”, idman-istirahət zonası, 3D kinoteatr, rəsm emalatxanaları, ictimai iaşə və digər obyektlər daxil olacaq. Masallı rayonundakı “ASAN xidmət” mərkəzində 200 nəfər işlə təmin olunacaq. Bunların əksəriyyətini rayon sakinləri təşkil edəcək. Bununla yanaşı, Mərkəzdə 100-ə yaxın gəncin könüllü kimi işə cəlb edilməsi nəzərdə tutulub.“ASAN xidmət” mərkəzi Masallı rayonu ilə yanaşı, Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarının ümumilikdə 1 milyondan artıq sakininə xidmət göstərəcək.Hazırda “ASAN HƏYAT” kompleksində tikinti işləri sürətlə davam etdirilir.Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN xidmət” mərkəzinin binasında son tamamlanma işləri gedir.Kompleksin ərazisində paralel olaraq kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikintisi davam etdirilir.Viləş çayının Masallı şəhərindən keçən məcrasında yerləşən adada isə “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin tikintisinə başlanılıb.Kompleksin bu ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulub.Bütün bunlar Azərbaycan Prezidentinin Masallı rayonuna, onun sakinlərinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.Rayon sakinləri göstərilən bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info