Əcnəbi jurnalistlər Çəmənli kəndində olublar
Tarix: 29.04.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Ağdam rayonunda olublar. 
APA-nın xəbərinə görə, media nümayəndələri erməni silahlı bölmələrinin artilleriya atəşləri nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüblər. 
Həlak olanların yaxınları baş verənlərin mülki əhaliyə qarşı törədilən cinayət olduğunu deyiblər. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, bütün bunlar Ermənistanın hərbi-kriminal rəhbərliyinin törətdiyi cinayət əməlləridir: “Bu cinayətlərə hüquqi qiymət veriləcək”.
 Daha sonra media nümayəndələri ermənilərin atəşi nəticəsində xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinləri - Şəbnəm Səyyaf qızı Qaraşova, Adil Mustu oğlu Məmmədov və Elnur Polu oğlu Məmmədova baş çəkiblər. 
Həkimlər onların üçünün də qəlpə yaraları aldığını, vəziyyətlərinin stabil olduğunu deyiblər. 
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi)  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər. 
Media təmsilçiləri öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.
 Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, "Cihan", “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info